Endrik: “Karyeramın inkişafı üçün əlimdən gələni edəcəyəm”
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
“Real Madrid”in braziliyalı hücumçusu Endrik yanvar transfer pəncərəsində komandadan ayrılmaq ehtimalı ilə bağlı fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, futbolçu gələcəyi ilə bağlı qərarın hələ bəlli olmadığını bildirib.
“Cəmi 20 yaşım var. Hadisələrin necə inkişaf edəcəyini görəcəyik. Mən sadəcə oynamaq, xoşbəxt olmaq və komanda yoldaşlarıma kömək etmək istəyirəm.
Yanvarda nə baş verəcəyini bilmirəm. Hər şey Allahın əlindədir. Sadəcə karyeram üçün ən yaxşısının olmasını istəyirəm. Nə baş verməlidirsə, o da olacaq. Mən təmkinimi qoruyacaq və əlimdən gələni etməyə davam edəcəyəm.
Madrid möhtəşəm şəhərdir, amma karyeramı inkişaf etdirmək üçün hər zaman əlimdən gələni edəcəyəm”, – deyə Endrik bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 10 Noyabr 2026 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















