Icma.az
close
up
RU
Ənənəvi təhsil, yoxsa kurikulum əmək bazarında hansı effektli nəticə verir?

Ənənəvi təhsil, yoxsa kurikulum əmək bazarında hansı effektli nəticə verir?

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kurikulum əsaslı təhsil sistemi keçmiş nazir Misir Mərdanovun dövründən tətbiq olunur. Bu sistem ölkəmizin tədris mühitində öz yerini artıq möhkəmləndirib. Ötən müddət ərzində həm ənənəvi təhsil sistemi ilə yetişən, həm də yeni kurikulum modeli ilə təhsil alan gənclər əmək bazarında fəaliyyət göstərirlər. Maraqlıdır, onların əmək bazarındakı fəaliyyətlərində hansı fərqlər özünü göstərir?

Mövzu ilə bağlı Modern.az-a danışan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə bildirib ki, yeni təlim konsepsiyaları - kurikulum mahiyyəti etibarı ilə öz sələfindən fərqlənir.

“Əgər əvvəl fənnyönümlü təlimə üstünlük verilirdisə, yeni təlim konsepsiyaları şəxsiyyətyönümlü, nəticəyönümlü məzmun daşıyır, təhsilalanların yaradıcı təfəkkürünün inkişafına istiqamətlənib. Təbii ki, bu öz əksini əmək bazarında göstərir. Lakin burada hər bir dövrdə əmək bazarının özünəməxsus tələbləri olduğunu da unutmaq olmaz.

Qeyd etmək lazımdır ki, təhsil əmək bazarının tələbləri əsasında həyata keçirilir. Müasir dövrdə yeni təlim konsepsiyalarının həyata keçirilməsi də əmək bazarının tələblərinin artmasının, dəyişməsinin, yenilənməsinin nəticəsidir. Lakin bütün dövrlərdə əmək bazarının tələbləri təlim konsepsiyalarından öndə olub. Fikrimi əsaslandırmaq üçün qeyd edim ki, bu gün əmək bazarı süni intellekt müstəvisində inkişaf edir, bu təlim konsepsiyalarının da yenilənməsini tələb edir. İnkişaf etmiş ölkələrdə bu istiqamətdə yeniliklər həyata keçirilməyə başlanmışdır”.

H.Əlizadənin sözlərinə görə, təlim konsepsiyalarının yenilənməsi təlim nəticələrinin daha da yaxşılaşmasını təmin edir:

“Amma bunu da qeyd etmək lazımdır ki, təlim konsepsiyalarının yenilənməsi təlim nəticələrinin mexaniki şəkildə yaxşılaşması demək deyil. Bunun üçün bir çox şərtlər ödənməlidir. Həmin şərtlərə diqqət etmək vacibdir.

Bu ilk növbədə peşənin düzgün seçilməsi ilə bağlıdır. Peşə seçmədə belə bir tendensiya müşahidə olunur ki, gənclər daha çox populyar ixtisaslara üstünlük verirlər. Bu təbii ki, yanlışdır. Hər bir insanın özünəməxsus qabiliyyəti vardır. Onlar peşəni öz qabiliyyətlərinə uyğun seçməlidirlər. Bu, pedaqoji-psixoloji elmlərdə aparılan tədqiqatlara əsasən birmənalı qəbul edilən fikirlərdən biridir. Məktəblərdə təmayül siniflərin yaradılması da bununla bağlıdır. Hər bir şagirdin orta təhsilin üçüncü pilləsində öz qabiliyyətinə əsasən təmayül sinfinfə təhsil alması daha böyük nəticələrin əldə olunmasına kömək edir. Lakin müşahidələrimiz göstərir ki, bu istiqamətdə nəticələr heç də uğurlu deyil. Şagirdlərin təmayül siniflərə differensasiya olunmasında valideyn arzusunun, istəyinin təsiri güclü olur”.

İctimai Şura sədri onu da əlavə edib ki, yeni konsepsiyaların tətbiqi müəllimlərin peşəkar inkişafını tələb edir:

“Elm və Təhsil Nazirliyi tərəfindən müəllimin peşəkar inkişafı istiqamətində təlimlər keçirilir. Lakin bu təlimlər bir sıra hallarda layihələr şəklində həyata keçirilir və onların idarə olunmasına səriştəli adamlar cəlb olunmur. Bu isə müəllimlərin həmin təlimlərdə həvəssiz iştirakına səbəb olur. Hesab edirik ki, həmin təlimlər ali məktəbdə fəaliyyət göstərən alimləri tərəfindən keçirilsə, daha məqsədəuyğun olar.

Hər bir təlim konsepsiyasının tətbiqinin uğurlu olmasında məktəbin madi-texniki bazası mühüm əhəmiyyət kəsb edir. Məsələn, müasir təlim konsepsiyalarının tətbiqində uğurlu nəticələr əldə olunması yeni sinif otaqlarının olmasını tələb olunur. Yəni bu günkü təlim prosesi interaktiv təlim metodlarının tətbiqini tələb edir. Bu gün məktəblərdə müəllimlər çoxlu sayda interaktiv təlim metodlarını tətbiq edirlər. Lakin hər bir interaktiv təlim metodunun tətbiqi zamanı uğurun əldə edilməsi sinif otağının ona uyğun olmasını tələb edir. Məsələn, müzakirə dərsi dairəvi stol arxasında, qrupla iş 4-5 nəfərlik stolları olan sinifdə, rollu oyunlar tamam başqa şəraitdə və s. həyata keçirilməlidir. Təəssüf ki, məktəblərin heç də hamısında belə şərait yoxdur. 

Amma bütün bunlara baxmayaraq, məktəblərdə müəllimlər müasir təlim konsepsiyalarının tələbləri çərçivəsində dərslərin daha keyfiyyətli olması uğrunda əllərində gələni etməyə çalışırlar. Müasir təlim konsepsiyaları intellektin və şəxsiyyət keyfiyyətlərinin inkişafına istiqamətlənib. Bunun nəticəsi olaraq, bu gün əmək bazarının tələblərinə cavab verə bilən yeni nəsil hazırlanır. Həmin nəsil intellektual və şəxsiyyət keyfiyyətinin göstəriciləri ilə fərqlənir. Düzdür, bunu heç də bütün məzunlara şamil etmək olmaz. Kütləvi informasiya vasitələrinin, xüsusən internetin mənfi təsirlərinə məruz qalan gənclər də vardır. Təbii ki, belə gənclərin formalaşmaması üçün məktəbi daha da gücləndirmək lazımdır”.

Müsahibimiz həmçinin vurğulayıb ki, bu gün əmək bazarında keyfiyyətli kadr axtarılır:

“Bunun üçün həm dövlət strukturlarında, həm də özəl müəssisələrdə daha keyfiyyətli kadrların seçilib-tapılması üçün imtahanlar keçirilir, onlar yoxlanılır və işə götürülürlər. Bəzən işə qəbul olmayan insanlar imtahanlarda müəyyən nöqsanların olduğunu bildirirlər və öz uğursuzluqlarını bu səhvlərin nəticəsi kimi dəyərləndirirlər. Təbii ki, imtahanların təşkilində müəyyən texniki nöqsanların olması mümkündür. Amma fikrimcə, həmin imtahanlardan yüksək səviyyəli insanlar həmişə gülərüz çıxırlar. Uğursuzluğun səbəbini hər bir insan özündə axtarsa o daha böyük uğurlara nail olmaq imkanı əldə edə bilər. Belə yanaşmada hər bir uğursuzluq yeni uğurun başlanğıcına çevrilir.

Müasir dövrdə dünya öz inkişaf sürətini daha da artırıb. Dünyada böyük yeniliklər həyata keçirilir. Bir sıra hallarda biz bu yeniliklərdən geri qalırıq. Geri qalmamaq üçün əmək bazarının tələblərini öyrənərək, çevik şəkildə yeni təlim konsepsiyaları tətbiq etmək tələb olunur. Belə tələb bütün dövrlərdə olub, təhsili bu tələblərə uyğun quran ölkələr daima inkişaf edib, qüdrətli ölkəyə çevrilib. Bu gün bu tələblər daha ciddi xarakter daşıyır. Onları təhsil proqramlarında nəzərə almaq zəruridir. Hesab edirəm ki, biz təhsil sistemini yeni, müasir təlim konsepsiyaları ilə zənginləşdirərək, ölkəmizin dünyanın inkişaf etmiş ölkələri sırasında inamla addımlamasını təmin edə biləcək yüksək səviyyəli insanlar yetişdirə bilərik”,- deyə H.Əlizadə bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Noyabr 2025 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see356

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see250

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see210

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see196

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see193

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see180

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see158

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see157

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see156

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see155

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see149

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see148

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see140

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see139

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see139

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see137

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri