Icma.az
close
up
RU
Energetik içkilərlə bağlı şok xəbərdarlıq: kor edə bilər

Energetik içkilərlə bağlı şok xəbərdarlıq: kor edə bilər

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Həkim-oftalmoloq kimi praktik fəaliyyətimdə tez-tez göz yorğunluğu, quruluq, “gözdə qum” hissi, görmənin müvəqqəti, yaxud qalıcı zəifləməsi, hətta itirilməsi ilə müraciət edən pasiyentlərlə rastlaşıram. Bu kliniki halların bir hissəsinin səbəbi energetik içkilərin müntəzəm qəbuludur.

Gununsesi.info xəbər verir ki, bu sözləri Azərtac-a açıqlamasında həkim-oftalmoloq Günay Zeynalova söyləyib.

Həkim bildirib ki, 1 fincan qəhvə (240 ml) təxminən 100 mq kofeinə bərabərdir. Energetik içkilərdə bu miqdar çox fərqli ola bilər; bəziləri bir fincan qəhvədən xeyli çox, digərləri isə azdır. İstehlakçılar qablaşdırmaların üzərində məhsulun tərkibi ilə tanış olaraq gündəlik istehlak normalarını qoruya bilərlər.

Onun sözlərinə görə, energetik içkilərin əsas tərkib hissəsi olan kofein sidikqovucu təsirə malikdir və orqanizmdə maye itkisinə səbəb olur. Bu göz səthinə təsir göstərərək gözdə yad cisim hissiyyatı, qızartı şikayətlərinə səbəb olaraq “quru göz sindromu”nun yaranması və ya mövcud olduğu halda, güclənməsinə yol açır.

Həkimin fikrincə, xüsusilə kompüter və telefon qarşısında uzun müddət çalışan şəxslərdə bu əlamətlər daha kəskin olur. Energetik içkilərin əsasən axşam saatlarında qəbulu yuxu rejimini pozur. Xroniki yuxusuzluq görmə yorğunluğunu artırır və mövcud göz problemlərini ağırlaşdıra bilir. Bundan əlavə, arterial təzyiqin kəskin dəyişməsinə və damar spazmına, damar keçiriciliyinin pozulmasına səbəb olur. Yəni görmə orqanımızın qanla təchizatına mənfi təsir göstərir və nəticədə görmə itiliyinin zəifləməsinə, itirilməsinə yol aça bilər.

“Bu içkilər yalnız görmə orqanına deyil, ürək-damar, sinir, mədə-bağırsaq sistemlərinə də neqativ təsir edir. Belə ki, energetik içkilərin mütəmadi istifadəsi aritmiya, qan təzyiqin yüksəlməsi – hipertoniya, insult, infarkt, depressiya, artıq çəki problemi, şəkərli diabet kimi xəstəliklərin inkişafına yol açır. Tərkibində olan vitamin və elektrolitlər bu içkiləri faydalı etmir, yorğunluğu qısamüddətli aradan qaldıraraq onların neqativ təsirlərini ört-basdır edir”, – deyə müsahibimiz qeyd edib.

Həkim tövsiyə edib ki, hər bir vətəndaşın sağlamlığının qorunması üçün bu içkilərin istifadəsinin məhdudlaşdırılması, uşaq və hamilələrin, müəyyən xəstəliklərdən əziyyət çəkən şəxslərin isə dayandırması məqsədəuyğundur.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:301
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 30 Dekabr 2025 09:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see360

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see358

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see319

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see308

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see307

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see292

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see290

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see281

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see249

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see247

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see238

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see233

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see230

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see229

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see220

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see213

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see191

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see189

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri