Icma.az
close
up
RU
Energetika Nazirliyində kollegiya iclası keçirilib AZƏRTAC

Energetika Nazirliyində kollegiya iclası keçirilib AZƏRTAC

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 17 dekabr, AZƏRTAC

Energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə 2024-cü ilin yekunlarına dair hibrid formatda kollegiya iclası keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, kollegiya sədri çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş sosial-iqtisadi inkişaf siyasətinə uyğun olaraq cari ildə enerji sektorunda həyata keçirilmiş mühüm tədbirlər və əldə edilmiş nailiyyətləri qeyd edib. Azərbaycanın COP29-a uğurlu ev sahibliyi, enerji sahəsində irəli sürülən təşəbbüslərin beynəlxalq miqyasda geniş dəstək qazandığı və bu dəstəyin konfransdan sonra da davam etdiyi vurğulanıb. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində enerji təchizatı infrastrukturunun modernləşdirilməsi, bərpaolunan enerji mənbələrinin payının artırılması və enerji səmərəliliyi sahəsində atılan addımların energetika sektorunun inkişafında mühüm rol oynadığı bildirilib.

Sonra iclasın gündəliyində olan məsələlərə dair məruzələr dinlənilib. Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının Tədbirlər Planında Energetika Nazirliyinin məsul olduğu tədbirlərin 2024-cü ildə icra vəziyyəti haqqında hesabat təqdim edilib. Hesabatda il ərzində enerji sektorunda beynəlxalq əməkdaşlıq çərçivəsində reallaşdırılan layihələr, eləcə də bərpaolunan enerji sahəsində həyata keçirilən tədbirlərin nəticələri vurğulanıb.

İclasda, həmçinin Azərbaycan Respublikasının Energetika Nazirliyinin Kollegiyasının 2025-ci il üçün İş Planının layihəsi nəzərdən keçirilib, təsdiq edilməsinə dair qərar qəbul edilib.

Sonda kollegiya sədri növbəti ildə enerji sektorunun inkişafını hədəfləyən layihələrin reallaşdırılması istiqamətində qarşıda duran vəzifələrin səmərəli icrası ilə bağlı göstərişlər verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Dekabr 2024 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri