Energetika Nazirliyində vətəndaşlarla görüş keçirilib
Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Energetika naziri Pərviz Şahbazov Bakı, Sumqayıt şəhərləri və Göyçay rayonundan olan vətəndaşların müraciətlərini dinləyib.
Energetika Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, nazirlikdə təşkil olunmuş görüş zamanı qaz təchizatı, qaz sərfiyyatı üzrə borcun yaranması, elektrik və istilik enerjisi təchizatı, elektrik və qaz sayğaclarının quraşdırılması, işlə təminat və digər istiqamətlərdə müraciətlər dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə rəhbər vəzifəli şəxslərin vətəndaş qəbulu qrafiki nazirliyin rəsmi internet saytında yerləşdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 25 Noyabr 2025 19:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















