Icma.az
close
up
RU
Enerji diplomatiyasının Azərbaycan modeli

Enerji diplomatiyasının Azərbaycan modeli

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Prezident İlham Əliyevin 2026-cı il iyunun 1-də Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində etdiyi çıxış təkcə enerji sektorunun cari vəziyyətinə dair hesabat xarakteri daşımır. Bu çıxış əslində Azərbaycanın son 30 ildə keçdiyi inkişaf yolunun, enerji strategiyasının, geosiyasi mövqeyinin və gələcək inkişaf konsepsiyasının sistemli təqdimatı kimi qiymətləndirilə bilər. Çıxışda enerji siyasəti ilə dövlət quruculuğu, iqtisadi inkişaf, hərbi güc, diplomatik uğurlar və yaşıl enerji keçidi arasında birbaşa əlaqə qurulur. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın enerji siyasətinin sadəcə iqtisadi deyil, həm də milli təhlükəsizlik, xarici siyasət və regional liderlik strategiyasının ayrılmaz hissəsi olduğunu nümayiş etdirir.

Məlum olduğu kimi, bugünkü Bakı Enerji Həftəsinin əsası 1994-cü ildə qoyulub. Həmin dövrdə keçirilən ilk Xəzər Neft və Qaz Sərgisi sonradan qlobal enerji platformasına çevrilərək dünyanın ən nüfuzlu enerji tədbirlərindən biri statusunu qazanıb. Bu baxımdan, Bakı Enerji Həftəsi artıq qlobal enerji siyasətinin müzakirə olunduğu beynəlxalq platformadır.

Prezident İlham Əliyevin çıxışında ABŞ Prezidenti Donald Trampın Bakı Enerji Həftəsinə ünvanladığı məktuba xüsusi yer ayırması diqqət çəkən məqamlardan biridir. Dövlət başçısı Tramp administrasiyasının neft və qaz sektoruna münasibətdə daha praqmatik yanaşma sərgilədiyini vurğuladı.
Son illərdə Qərb siyasi dairələrində və bəzi beynəlxalq təşkilatlarda karbohidrogen sektoruna qarşı formalaşdırılan mənfi münasibət enerji istehsalçısı ölkələrdə ciddi narahatlıq yaradırdı. Neft və qaz hasil edən dövlətlər bəzən qlobal iqlim problemlərinin əsas günahkarları kimi təqdim olunurdu. Prezident Əliyevin çıxışında bu yanaşmanın tənqid olunması təsadüfi deyil.

Azərbaycanın mövqeyinə görə, enerji keçidi mərhələli və realist əsaslara söykənməlidir. Dünya iqtisadiyyatı hələ uzun illər ərzində neft və qaz resurslarına ehtiyac duyacaq. Buna görə də enerji təhlükəsizliyi ilə yaşıl keçid arasında balans qorunmalıdır. Prezidentin "Dünya faydalı qazıntılar olmadan yaşaya bilməz" fikri məhz bu reallığın ifadəsidir.

Prezident İlham Əliyevin çıxışında əsas ideoloji xətt ölkələrin sərvətlərinə görə deyil, həmin sərvətlərdən necə istifadə etmələrinə görə qiymətləndirilməli olduğu istiqaməti üzərində qurulub.

Bu yanaşma Azərbaycanın son 30 ildə həyata keçirdiyi inkişaf modelinin fəlsəfəsini ifadə edir. Neft gəlirləri müasir infrastrukturun qurulmasına, təhsil və səhiyyənin inkişafına, sosial rifahın yüksəldilməsinə, güclü ordu quruculuğuna, strateji ehtiyatların formalaşdırılmasına yönəldilib. 

Nəticədə yoxsulluq səviyyəsi 50 faizdən 5 faizə qədər azalıb, xarici borc minimum həddə endirilib, ölkənin valyuta ehtiyatları xarici borcu 18 dəfədən çox üstələyib.

Bu göstəricilər bir çox inkişaf etməkdə olan ölkələr üçün uğurlu resurs idarəetmə modelinin nümunəsi kimi təqdim olunur.

Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolun miqyası ilə bağlı idi.

Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac olunur, həmin ölkələrin 10-u Avropa İttifaqının üzvüdür, Cənub Qaz Dəhlizi Avropanın enerji təchizatının mühüm komponentinə çevrilib. 

Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələri yalnız enerji infrastrukturu deyil, həm də geosiyasi əməkdaşlıq platformalarıdır.

3500 kilometrlik Cənub Qaz Dəhlizi faktiki olaraq Xəzər hövzəsini Avropanın enerji bazarı ilə birləşdirən strateji arteriyaya çevrilib. Rusiyadan enerji asılılığının azaldılması istiqamətində Avropanın atdığı addımlar fonunda Azərbaycanın rolu daha da artır.

Prezident İlham Əliyevin çıxışında Qara dəniz Enerji Kabeli layihəsi, Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan enerji bağlantısı və Mərkəzi Asiya ilə yaşıl enerji əməkdaşlığı xüsusi vurğulandı.
Bu layihələr, mahiyyət etibarilə Azərbaycanın funksiyasını dəyişir. Əvvəllər Azərbaycan əsasən enerji istehsalçısı kimi çıxış edirdisə, indi enerji habına və regional bağlantı mərkəzinə çevrilir.

Mərkəzi Asiyanın enerji resurslarının dünya bazarlarına çıxarılması istiqamətində Azərbaycanın oynadığı rol gələcəkdə daha da artacaq. Bu isə ölkənin geostrateji əhəmiyyətini yeni mərhələyə yüksəldir.

Bütövlükdə, Prezident İlham Əliyevin Bakı Enerji Həftəsindəki çıxışı Azərbaycanın son 30 ildə həyata keçirdiyi enerji strategiyasının yekun siyasi-fəlsəfi təqdimatı kimi qiymətləndirilə bilər. Dövlətimizin başçısının nitqindən aydın olur ki, Azərbaycan enerji ehtiyatlarını sadəcə ixrac məhsulu kimi deyil, dövlət quruculuğu, iqtisadi modernləşmə, hərbi gücün artırılması, beynəlxalq nüfuzun möhkəmləndirilməsi və yaşıl keçidin maliyyələşdirilməsi üçün strateji alətə çevirə bilib.

Bu gün Azərbaycan təkcə enerji istehsalçısı deyil, Avrasiyanın enerji təhlükəsizliyini formalaşdıran əsas aktorlardan biri, enerji diplomatiyasının uğurlu modelini yaradan və enerji ilə geosiyasəti uzlaşdırmağı bacaran dövlət kimi çıxış edir. Bakı Enerji Həftəsində səsləndirilən mesajlar göstərir ki, ölkəmiz artıq yalnız regional enerji mərkəzi deyil, həm də gələcək qlobal enerji arxitekturasının formalaşmasında söz sahibi olan mühüm tərəfdaşlardan biridir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 İyun 2026 09:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri