Icma.az
close
up
RU
Enerji sahəsində keçirilən beynəlxalq tədbirlər Azərbaycanın yüksələn mövqeyinin göstəricisidir ŞƏRH

Enerji sahəsində keçirilən beynəlxalq tədbirlər Azərbaycanın yüksələn mövqeyinin göstəricisidir ŞƏRH

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 5 iyun, AZƏRTAC

Azərbaycanın enerji siyasəti beynəlxalq müstəvidə ölkəmizə böyük uğurlar qazandırır. Bu gün dünyada dövlətimizin enerji siyasətinə maraq olduqca böyükdür. Nüfuzlu ölkələr enerji sahəsində Azərbaycanla əməkdaşlığı daha da gücləndirməkdə maraqlıdır. Enerji sahəsində keçirilən beynəlxalq tədbirlər də məhz Azərbaycanın davamlı olaraq yüksələn mövqeyinin göstəricisidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

O bildirib ki, “Bakı Enerji Həftəsi” Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə bünövrəsi qoyulmuş “Caspian Oil & Gas” sərgisinin məntiqi davamı kimi formalaşaraq enerji sahəsində nüfuzlu beynəlxalq hadisəyə çevrilib. Ənənəvi enerji mənbələrindən bərpaolunan enerjiyə qədər geniş məzmunda məsələlərin müzakirə edildiyi “Bakı Enerji Həftəsi” artıq yeni yanaşmaların və beynəlxalq enerji dialoqunun formalaşdığı nüfuzlu bir forum kimi tanınır. Dünya miqyasında tədbirə maraq ildən-ilə artır. Artıq üç onillikdir ki, Bakı dünya enerji gündəliyinin geniş şəkildə müzakirə olunduğu və bu sahədə perspektivlərin müəyyənləşdirildiyi bir məkana çevrilib.

Deputatın sözlərinə görə, hazırda dünya miqyasında müşahidə edilən reallıqlar fonunda beynəlxalq enerji əməkdaşlığının önəmi heç vaxt olmadığı qədər artıb. Ayrı-ayrı regionlarda geosiyasi və geoiqtisadi gərginliklərin artması, Yaxın Şərqdə, Şərqi Avropada davam edən müharibələr qarşıya yeni çağırışlar çıxarıb. Ənənəvi təchizat mexanizmlərinin pozulması, nəql marşrutlarının təhlükəsizliyinin təmin edilməməsi, siyasi motivlər əsas tutulmaqla bir sıra iri istehsalçılara genişmiqyaslı sanksiyaların tətbiqi yeni, daha etibarlı təchizat mənbələrinə ehtiyacı artırıb. İyunun 2-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirakçıların səsləndirdikləri faktlar mənzərə barədə konkret təsəvvür yaradır. Bu gün Avropa İttifaqı özünün enerji sistemi tarixində şaxələndirmə və tərəfdaşlıq münasibətlərinə əsaslanan yeni fəsil açır. Bu reallıq fonunda Azərbaycan yeni mənbə kimi diqqət mərkəzinə gəlib.

Pərvin Kərimzadə qeyd edib ki, Azərbaycanla Avropa ölkələri arasında enerji əməkdaşlığı uğurla davam edir. Əvvəllər bu sahədə əməkdaşlıq neft və neft məhsullarının təchizatını əhatə edirdi. Prezident İlham Əliyev açılış mərasimindəki çıxışında 1994-cü il sentyabrın 20-də Azərbaycanla transmilli şirkətlər arasında imzalanan “Əsrin müqaviləsi”ni xatırladıb. Bəhs olunan saziş regionda bütün geosiyasi və geoiqtisadi vəziyyətin dəyişməsinə güclü şəkildə təsir göstərdi. “Əsrin müqaviləsi” respublikamızın inkişafının, müstəqilliyini möhkəmlətməsinin əsas təkanverici qüvvəsi oldu. Həmin dövrün mənzərəsinə diqqət çəkən Prezident İlham Əliyev bildirib ki, o zaman Azərbaycan müəyyən obyektiv səbəbdən xarici investorlar üçün riskli ölkə hesab edilirdi. Ölkədə vətəndaş qarşıdurması yeni başa çatmışdı, iqtisadiyyat iflic vəziyyətində idi, inflyasiya 1000 faizlə ölçülürdü və yoxsulluq hökm sürürdü. Bununla yanaşı, ərazilərimizin Ermənistan tərəfindən işğalı nəticəsində 100 minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalmışdı. Gələcəklə bağlı aydın olmayan təsəvvürlər yaranmışdı. Bu gün isə onu görürük ki, bizim enerji siyasətimiz iqtisadi və siyasi uğurumuzun aparıcı qüvvəsidir. “Bunlar Prezident Heydər Əliyevin baxışı sayəsində mümkün oldu. O, aydın şəkildə anlayırdı ki, xüsusilə də enerji sahəsində geniş beynəlxalq əməkdaşlıq olmadan - nəzərə alsaq ki, o zaman bizim iqtisadiyyatımızın ən cəlbedici sahəsi məhz enerji idi, - Azərbaycan çətinliklərin öhdəsindən gələ bilməyəcək və həqiqi müstəqil dövlət ola bilməyəcək”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Deputat deyib ki, indiyədək keçilən yolda Azərbaycan təchizatçı ölkə olaraq bütün müqavilə öhdəliklərini yüksək səviyyədə yerinə yetirib. Eyni zamanda, biz bilirik ki, bəzi təchizatçı ölkələr malik olduqları resurslardan istehlakçılara qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Respublikamız isə belə yanaşmalardan uzaqdır. Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, Azərbaycanın enerji siyasəti ədalət prinsipinə əsaslanır və bu da hazırkı və potensial partnyorlarda ölkəmizə inamı artırır.

“Müasir nəql marşrutuna malik olması beynəlxalq enerji əməkdaşlığında Azərbaycanın digər bir mühüm üstünlüyüdür. Azərbaycan bir sıra təchizatçı ölkələrdən fərli olaraq şaxələndirilmiş nəql infrastrukturuna malikdir. Hazırda respublikamız Avropa üçün yalnız yeni enerji mənbəyi deyil. Azərbaycanın üstünlüyü həm də ondadır ki, ölkəmiz dövlətimizin başçısının qətiyyətli siyasi iradəsi sayəsində Xəzər sahillərindən Avropanın mərkəzi hissəsinədək uzanan müasir nəql marşrutunun - Cənub Qaz Dəhlizinin yaradılmasına nail olub. Dövlətimizin başçısı bəhs olunan marşrutu belə səciyyələndirib: “Biz tərəfdaşlarımızla birlikdə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən strateji boru kəmərlərini inşa etmişik. Əlbəttə, bunların tacı Azərbaycanın dəniz yataqlarından İtaliyanın sahilinə qədər uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizidir”.

Bu gün Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı 12-yə çatıb və bu, hələ də son deyil. Respublikamızdan qaz tədarük edən ölkələrin 10-u Avropada yerləşir. Hazırda ixrac coğrafiyasının genişləndirilməsi və sərmayə qoyuluşu ilə bağlı ayrı-ayrı ölkələrlə danışıqlar aparılır. Bütün bunlar müsbət dinamikadır. Digər tərəfdən, ölkəmiz Avropaya “yaşıl enerji” ixrac etməyə hazırlaşır. Bütün bunlar ölkəmizə iqtisadi dividentlər qazandırmaqla yanaşı, siyasi nüfuzuna da əhəmiyyətli təsir edən amillərdən biridir”, - deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 İyun 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri