Icma.az
close
up
RU
Azərbaycanın enerji sahəsində beynəlxalq təşəbbüskarlığı davam edir

Azərbaycanın enerji sahəsində beynəlxalq təşəbbüskarlığı davam edir

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

Aprelin 4-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları, Azərbaycanın enerji sahəsindəki mövqeyini bir daha gücləndirdi. Bu tədbirlər, Azərbaycanın enerji siyasətində yeni bir mərhələnin başladığını və ölkənin regional və qlobal enerji bazarlarında daha da fəallaşdığını göstərir.
Mövzu ilə bağlı Avrasiya Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Səyavuş Qasımov bildirib ki, Cənub Qaz Dəhlizi, əsasən, Avropa və Asiyanın enerji təhlükəsizliyini təmin edən strateji layihə olaraq əhəmiyyət kəsb edir. Bununla yanaşı, Yaşıl Enerji Məşvərət Şurası da qlobal enerjinin yaşıl dönüşümündə Azərbaycanın fəal iştirakını vurğulayır, bu da ölkəmizin ekoloji cəhətdən təmiz və davamlı enerji mənbələrinə keçid məqsədini dəstəkləyir. Bu cür beynəlxalq tədbirlər Azərbaycanın enerji sektorunun inkişafını və dünya enerji bazarlarında daha güclü iştirakını təmin edir. Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasında çıxışında bu tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb: “Azərbaycan tərəfindən başlanmış və Avropa Komissiyası tərəfindən dəstəklənmiş bu vacib toplantı enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında, həmin məsələlərin həllində və birgə səylərimizin əlaqələndirilməsində mühüm rol oynayıb. Həmçinin bu gün birgə foto çəkdirdiyimiz zaman söylədim ki, bəlkə də daha çox yer lazım olacaq, çünki komanda genişlənir. Bu isə əməkdaşlığın çox yaxşı təzahürüdür. Vaxt keçdikcə prosesdə iştirak edən ölkələrin və şirkətlərin sayı artır, onlar ortaq məqsəd ətrafında birləşir”. Cənub Qaz Dəhlizi layihəsi, Azərbaycan üçün yalnız iqtisadi deyil, həm də strateji bir əhəmiyyət kəsb edən mühüm bir layihədir. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bu layihə, Azərbaycanın enerji diplomatiyasının ən uğurlu və təsirli nümunələrindən biri kimi qiymətləndirilir. Bu layihə, həm regionda, həm də qlobal enerji bazarında Azərbaycanın mövqeyini gücləndirib və ölkəmizi Avropanın enerji təhlükəsizliyində vacib bir tərəfdaşa çevirib: “Cənub Qaz Dəhlizi, Azərbaycan qazını, Gürcüstan və Türkiyə üzərindən Avropaya daşıyan bir enerji marşrutudur. Bu, Avropanın enerji təchizatında şaxələndirməyi və Rusiyanın enerji monopoliyasını azaltmağı məqsəd qoyan mühüm bir layihədir. Azərbaycanın təbii qaz ehtiyatlarının Avropaya daşınması, həmçinin, ölkənin enerji siyasətində mühüm strateji addım olub, Azərbaycanın həm regional, həm də qlobal enerji bazarlarında daha da möhkəmlənməsinə səbəb olub”.
O, qeyd edib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti, bu layihənin reallaşmasında həlledici rol oynayıb. Azərbaycanın, həmçinin, öz qaz ixracatını müxtəlif bazarlara yönəltmə imkanı əldə etməsi, ölkəmizin enerji siyasətini daha müstəqil və güclü edir. Bu layihə yalnız iqtisadi deyil, həm də diplomatik baxımdan Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu artırır: “Prezident İlham Əliyev bildirib ki, enerji şirkətimiz - Dövlət Neft Şirkəti Azərbaycan daxilində və ondan kənarda həm hasilat, həm nəqlolunma, həm də çatdırılma ilə məşğuldur: “Uzun illər ərzində Azərbaycan etibarlı tərəfdaş olub və bundan sonra da olacaq. Avropa Komissiyasının yüksəkrütbəli nümayəndələrinin qeyd etdikləri kimi, Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır və Pan-Avropa qaz təchizatçısıdır. Bu, həqiqətdir. Qaz təchizatımızın coğrafiyası genişlənir. Bakıda keçirilmiş son görüşdən, yəni, 10-cu Məşvərət Şurasından sonra əlavə 5 ölkə təbii qazımızın alıcısına çevrildi. Bu gün Azərbaycanın təbii qazı 12 ölkəyə çatdırılır. Onlardan 10-u Avropa ölkəsidir və 8-i isə Avropa İttifaqının üzvüdür. Avropada qaz təchizatımızın coğrafiyası birmənalı olaraq genişlənəcək, çünki bu gün bəzi Avropa ölkələrinin qazpaylama şəbəkəsinin yaradılmasında artıq iştirak edirik. Onların bəzilərində yoxdur, digərləri isə genişləndirilməlidir və Azərbaycan investor kimi bunu etməyi planlaşdırır. Beləliklə, qaz təchizatımızın coğrafiyası birmənalı olaraq müxtəlif yollarla, o cümlədən interkonnektorlar vasitəsilə genişlənəcək”. Azərbaycanın təbii sərvətləri, xüsusən də qaz və neft ehtiyatları, ölkəni enerji təchizatı baxımından mühüm bir mənbəyə çevirib. Azərbaycanın Avropa, Asiya və digər regionlarla qurduğu strateji əməkdaşlıqlar, həmçinin enerji sahəsindəki uğurlu diplomatiyası, onun etibarlı tərəfdaş kimi nüfuzunu gücləndirib”.
S.Qasımov onu da qeyd edib ki, Cənub Qaz Dəhlizi kimi mühüm layihələrdə Azərbaycan, yalnız enerjini təmin edən deyil, həm də bu enerjinin təhlükəsiz və dayanıqlı şəkildə daşınmasına zəmanət verən bir tərəfdaşdır. Azərbaycanın enerji siyasətindəki şəffaflıq, sabitlik və uzunmüddətli tərəfdaşlıq anlayışı, həm regional, həm də qlobal səviyyədə etibarını artırır.
Qeyd edək ki, toplantıya Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti qatılıb. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələr iştirak ediblər.
Toplantı açılış sessiyasından sonra işini nazirlər sessiyası, “Cənub Qaz Dəhlizi sessiyası: Cənub Qaz Dəhlizinin uğurlu istismarı, inkişafında tərəqqi və növbəti addımlar” və “Yaşıl enerji layihələri və yaşıl enerji dəhlizləri” üzrə plenar sessiyalarla davam etdirib.
Həmçinin Məşvərət Şurası çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında yaşıl enerjinin ötürülməsi və ticarəti üzrə II Nazirlər Görüşü, Xəzər-Qara Dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə qeyri-rəsmi Rəhbər Komitə/Nazirlər Görüşü və Azərbaycan ilə Avropa İttifaqı arasında dənizdə külək enerjisinin inkişafı üzrə dəyirmi masa keçirilib.
Tədbir çərçivəsində enerji sahəsində əməkdaşlıq üzrə sənədlər imzalanıb. Xatırladaq ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından etibarən keçirilir.
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan, enerji sahəsində bir çox beynəlxalq layihə və təşəbbüslərdə fəal iştirak edir, bununla da qlobal enerji təhlükəsizliyinə öz töhfəsini verir. Bu da Azərbaycanın etibarlılığını daha da möhkəmləndirir və gələcəkdə də bu rolu davam etdirəcəyini göstərir. Azərbaycanın enerji resurslarının beynəlxalq bazarlara çıxarılması, ölkənin qlobal enerji təhlükəsizliyindəki rolunun əhəmiyyətini artırır və Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir.
ADPU-nun rektor müşaviri Ümid Mehdiyevin fikrincə, müasir dünyada Azərbaycan Avropanın enerji mənbələrinin diversifikasiyasında və enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bu baxımdan cari ilin aprelin 4-də paytaxtımızda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları əlbəttə ki, dövlətimizin enerji siyasətində strateji mərhələ olmaqla yanaşı, ölkəmizin regional və qlobal enerji bazarlarında artan rolunu bir daha nümayiş etdirir: “Tədbirdə çıxış edən Ölkə başçısı cənab İlham Əliyev Azərbaycanın ənənəvi enerji siyasəti ilə yanaşı bərpa olunan enerji strategiyasının əhəmiyyətinə toxunaraq bildirmişdir: “Bu gün Günəş və Külək Enerji stansiyalarına aid sərmayədarlarımızla artıq imzalanmış müqavilələr bizə 2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi təmin edəcək.
Qeyd etdiyim kimi, nəticədə daxildə bu gün elektrik enerjisinin istehsalında istifadə etdiyimiz təbii qaza xeyli dərəcə qənaət etmək imkanı yaranacaq və həmin qazı ixraca yönəldəcəyik. Ermənistan işğalından azad edilmiş Şərqi Zəngəzur və Qarabağ ərazilərində su elektrik enerjisi potensialına gəldikdə, artıq 270 meqavatlıq su elektrik stansiyalarını qurmuşuq. Artıq 30-dan çox kiçik su elektrik stansiyası istismara verilib və maksimum növbəti beş ildə bu rəqəm əlavə 30 kiçik su elektrik stansiyası ilə 500 meqavata çatdırılacaq. Beləliklə, nəticədə 2030-cu ilə qədər 6.5 giqavatlıq enerji potensialı yaranacaq. Sizi, sadəcə, məlumatlandırmaq üçün deyə bilərəm ki, bu gün Azərbaycanın yaradılmış imkanları 8 giqavatdan çoxdur. Beləliklə, növbəti beş il ərzində bərpaolunan mənbələrdən enerji istehsalı potensialımızı demək olar ki, iki dəfə artıracağıq”.

Göründüyü kimi, enerji təhlükəsizliyi artıq milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilib. Bu baxımdan istehsalçı, tranzit və istehlakçı ölkələr arasında maraqların tarazlaşdırılması beynəlxalq maliyyə institutlarının dəstəyi ilə mümkün olub. Yaşıl gündəliyin sürətlənməsi ilə paralel olaraq, Azərbaycan bərpaolunan enerji sektorunda ciddi addımlar atır. İndiyədək imzalanmış müqavilələrə əsasən, 2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi istehsalı nəzərdə tutulur. Bu investisiyalar daxili təbii qaz istehlakının azalmasına və qazın ixrac üçün yönləndirilməsinə imkan verəcək”.
Tədbir zamanı xüsusilə vurğulanan məsələlərdən biri faydalı qazıntı layihələrinin maliyyələşdirilməsi ilə bağlı bəzi beynəlxalq maliyyə təsisatlarının siyasətinin yenidən nəzərdən keçirilməsi idi. Uzunmüddətli müqavilələrin bağlanması və investorlar üçün dayanıqlı bazar təminatı mühüm şərtlər kimi irəli sürülüb. Ölkə Prezidenti cənab İlham Əliyev çıxışında ölkəmizin nəhəng hasilat və nəqletmə layihələrinin icrasını mümkün etmiş korporativ maliyyələşmə, o cümlədən borca götürülmüş pul vəsaitlərinin kombinasiyasında böyük təcrübəyə malik olduğunu vurğulayaraq qeyd etmişdir: “AÇG, “Şahdəniz” və “Abşeron” - bütün bunlar bu gün bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edən neft və qaz yataqlarıdır: “Bir neçə ildən sonra bir çox digər neft-qaz yataqlarının da istismarına başlanılacaq. Beləliklə, müqavilələr artıq imzalanıb, işçi proqram təsdiqlənib. Boru kəmərlərinin çəkilməsi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft boru kəmərləri və həmçinin Cənub Qaz Dəhlizi – bütün bu işlər qeyd etdiyim kimi, bütün iştirakçılarla əməkdaşlıq sayəsində görülmüşdür. Beləliklə, faydalı qazıntı layihələrinin maliyyələşdirilməsinin dayandırılması siyasəti başlayanda, bu, investorlara, şirkətlərə, ölkələrə müsbət olmayan siqnal göndərir. Bir sözlə, düşünürəm ki, həmin mühüm məqam da, ola bilsin, müzakirə ediləcək”.

Cavid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:248
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 09 Aprel 2025 23:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri