Icma.az
close
up
RU
Menu

ABB də pulu qalan müştərinin üsyanı

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Yenidən məhkəmədə üz üzə gələcəklər

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Eniş vaxtı nikbinlik TƏHLİL

Eniş vaxtı nikbinlik TƏHLİL

Icma.az, Azvision portalına istinadən məlumat verir.

Təxminən 2017-ci ildən bəri bu qiymətlər əlverişli səviyyədə idi. 2014-2015-ci illərdəki böhrandan çıxmağımızın da əsas səbəbi məhz neftin qiymətinin bizə sərf edən istiqamətdə dəyişməsi oldu. Əslində, bu proses 2016-cı ilin ikinci yarısından etibarən özünü göstərməyə başlamışdı. OPEC+ ölkələrinin bazara nəzarəti ələ keçirməsi ilə 2014-cü ilin iyun ayından start götürən qiymət enişinin qarşısı alındı.
Düzdür, pandemiya ilində, yəni 2020-ci ildə də bir ara qiymətlər düşdü. Lakin xoşbəxtlikdən bu, uzun müddət davam etmədi, OPEC+ qiymətlərin ucuz qalmasının qarşısını bu dəfə də aldı. Sonra isə Rusiya-Ukrayna müharibəsi və digər amillər qiymətləri əksinə, yüksəlməyə doğru itələdi.
Hazırda vəziyyət dəyişib. Həm OPEC+ tərəfindən hasilatı artırmaq barədə qərarın qəbulu, həm də Tramp administrasiyasının tarif siyasəti aləmi biri-birinə qatıb. Trampın tarif siyasəti hələ açıqlanmamışdan öncə də OPEC+ ölkələrinin apreldən hasilatı artırmaq haqda qərarları qiymətləri aşağıya doğru çəkməyə başlamışdı. Trampın tarifləri isə buna əlavə təkan verdi. Odur ki, ucuzlaşmanın proses halını alacağı qaçılmaz görünür. Bu isə ən azı, dövlət büdcəmizdə neftin bir barrelini 70 ABŞ dollarından götürməyimiz baxımından bizə sərf etmir.
Lakin məsələ təkcə qiymətdə deyil. 2025-ci ilin 1-ci rübündə ölkəmizdə kondensatla birlikdə 6,9 milyon ton neft hasil edilib. 5,7 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub. 2024-cü ilin eyni dövründə kondensatla birlikdə 7,3 milyon ton neft hasil edilmiş, 6 milyon ton ixrac olunmuşdu. Göründüyü kimi keçən ilin ilk üç ayı ilə müqayisədə hasilat 400 min ton, ixracsa 300 min ton azalıb. Söhbət, necə deyərlər, təbii tendensiyadan gedir. Yəni biz addım-addım postneft dövrünə yaxınlaşırıq.

Belə bir fonda “qara qızıl”ın beynəlxalq bazarlarda qiymətlərinin düşməsi təkcə büdcədə bir barreli 70 ABŞ dollarından götürməyimiz baxımından deyil, ümumiyyətlə, sərfəli sayılmır. Qısa desəm, iqtisadi təhlükəsizliyimiz nöqteyi-nəzərindən xam neftin qiymətlərinin azı 2030-cu ilə qədər 60 ABŞ dolları civarında qalmağı tələb olunur. Həmin vaxta kimi qeyri-neft-qaz sektorundan gəlirlərimizi bunu nisbətən kompensasiya edəcək səviyyəyə çatdırmalıyıq. Lakin bu, mümkündürmü?! Proqnoz vermək çətindir.
Məsələ bundadır ki, əvvəlki illərdə də neftə dair nəinki orta, hətta yaxın perespektiv üçün də proqnoz vermək mümkün deyildi. Lakin bu dəfə ən azı yaxın perespektiv nisbətən aydın görünür. Aparıcı ölkələr arasında qarşılıqlı tarif zərbələri fonunda qlobal iqtisadiyyat zəifləyəcək, artım azalacaq. Neftə tələbat da düşəcək. Bunu OPEC+ də bildirir, Beynəlxalq Enerji Agentliyi (IEA) də... Məsələn, OPEC+ 2025 və 2026-cı illər üçün neftə gündəlik tələbatın cəmi 1,3 milyon barrel olacağını proqnoz edir ki, bu da əvvəlki gözləntidən 150 min barrel az deməkdir. İEA isə açıqlayıb ki, bu il qlobal gündəlik neft tələbatı üzrə artım tempi 730 min barel təşkil edəcək. Yəni, əvvəlki proqnozdan 300 min barel az. Gələn ilsə rəqəmin 690 min barel olacağı gözlənilir.
Bütün bunlar, hələ təkcə qlobal iqtisadi artımın azalacağı ilə əlaqədar baş verəcək. Buna əlavə olaraq, ənənəvi enerji növü vasitələrindən istifadənin məhdudlaşdırılmasına dair dünyada neçə illərdir yüksələn xətt üzrə inkişaf etdirilən məlum tendensiya da sözünü deyir və deyəcək. Neftə tələbat bir az da buna görə azalır və azalacaq.
Maraqlıdır ki, hökumətimiz bütün bunların müqabilində çox təmkinli mövqe nümayiş etdirir. İqtisadiyyat Nazirliyinin cari ilin mart ayında təqdim etdiyi proqnozlara əsasən, baza ssenaridə bir barrel neftin ortaillik ixrac qiymətinin 2029-cu ilədək 65 dollar qalacağı göstərilir. Bu nikbinlik nə ilə əlaqədardır?
60 ABŞ dolları neft hasil edən bütün ölkələr üçün uyğun qiymət səviyyəsi hesab olunur. Ola bilsin məhz bu faktor əsas götürülüb. Digər cəhət isə ondan ibarətdir ki, İqtisadiyyat Nazirliyinin irəli sürdüyü proqnozlar martda təqdim edilib. Və il ərzində ona yenidən baxılacağı şübhə doğurmur.
Əlbəttə, bir var baza, bir də var, pessimist ssenari... Mərkəzi Bankın (AMB) Maliyyə Sabitliyi Hesabatında da qeyd edildiyi kimi, baza ssenari sabit qlobal mühit, dayanıqlı iqtisadi artım və nəzarət olunan inflyasiya amillərinə əsaslanır ki, bu çərçivə daxilində neftin qiymətinin stabil qalması şərtilə ÜDM istehsalı müsbət dinamika nümayiş etdirə bilər. Başqa sözlə, qeyri-neft sektoru iqtisadi artımın əsas hərəkətverici qüvvəsi rolunda çıxış etməklə makroiqtisadi tarazlıq qorunub saxlanılar.
Pessimist ssenaridəsə uzunmüddətli neft qiyməti şokları, qlobal iqtisadi geriləmə və sərt maliyyə böhranı kimi ciddi makroiqtisadi təzyiqlər nəticəsində ölkəmiz üçün ciddi risklər ortaya çıxacaq. Və bu şəraitdə ÜDM istehsalı üzrə artım tempi əhəmiyyətli dərəcədə zəifləyəcək, növbəti illərdə iqtisadi daralma müşahidə olunacaq.
Ümumiyyətlə, bu ssenari üzrə qeyri-neft sektorunda ilkin mərhələdə cüzi artım, sonrakı dövrdə isə azalma olur və inflyasiyanın kəskin yüksəlməsi ilə qiymət sabitliyinə ciddi təzyiqlər yaranır ki, milli valyutanın nominal və real effektiv məzənnələrində əhəmiyyətli eniş baş verir. Bu da manatın dəyərinin zəifləməsinə səbəb olur.
Sözün qısası, vəziyyət ciddidir, hökumət isə, nikbin. Nikbinliyə əsas yaradan bəlkə də odur ki, əslində kifayət qərər çıxış yolu var.

Pərviz Heydərov
Azvision.az üçün
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://azvision.az
archiveBu xəbər 18 Aprel 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1445

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see714

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see503

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see488

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see477

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see456

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see419

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see405

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see355

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see327

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see309

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see305

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see304

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see295

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see293

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see280

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see280

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see280

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see278

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see255
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri