Icma.az
close
up
RU
Uçurumun astanasında TƏHLİL

Uçurumun astanasında TƏHLİL

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Bu həftə keçiriləcək XXXIII tur Misli Premyer Liqasını tərk edəcək komandanın adına aydınlıq gətirə bilər.

İdman.biz xəbər verir ki, turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Səbail” uçurumun astanasındadır.

Elvin Məmmədovun baş məşqçisi olduğu komanda sona 3 tur qalmış futbolumuzun elitasında yerini itirmək təhlükəsi ilə üzləşib. “Səbail” I Liqaya qayıdışını növbəti turlara təxirə də sala bilər. Finişə 4 tur qalmış 21 xala malik paytaxt təmsilçisi “Kəpəz”dən 7, “Sumqayıt”dan 9 xal geri qalır.

Mütləq qələbə
“Dənizçilər” mayın 3-də “Şamaxı”nın qonağı olacaq. Aşağı dəstəyə düşən yeganə komanda olmaq təhlükəsindən ən azı bir turluq uzaqlaşmaq üçün mütləq qələbə əldə edilməlidir. Əgər “Səbail” Şamaxıda 3 xal qazansa, növbəti turadək ümidlərini saxlayacaq. Bakı klubu səfərdə xal itirsə, mayın 4-də keçiriləcək görüşləri gözləyəcək.

Şamaxıda heç-heçə olsa...
Bu turda təkcə “Səbail” deyil, I Liqaya yuvarlanmaq ehtimalı qalan “Sumqayıt”la “Kəpəz” də səfərdə meydana çıxacaq. Sonuncuların ikisi də adlı-sanlı rəqibin qonağı olacaq. Sumqayıtlılar “Qarabağ”la, Gəncə təmsilçisi “Neftçi” ilə səfər görüşündə xal almağa çalışacaq. Əgər “Səbail” heç-heçə etsə, “Sumqayıt” uduzmasa, “Kəpəz” qalib gəlsə, sonuncu yerin sahibi dəqiqləşəcək.

Məğlubiyyət acısı
“Səbail”in Şamaxıda uduzması “Sumqayıt”ın işinə yarayacaq. Vaqif Cavadovun yetirmələri meydana çıxmadan Premyer Liqada yerini qorumuş olacaq. “Kəpəz” eyni sonluq üçün qalib gəlməlidir. Bir sözlə, gəncəlilər və şamaxılılar qələbə qazansalar, “Səbail” I Liqanın yeni mövsümünə planlarını qurmağa başlaya bilər. Çünki bu nəticələr “dənizçilər”i sonuncu edəcək.

Qeyd edək ki, “Səbail” 2017/18 mövsümündən Premyer Liqada mübarizə aparır.

Vüqar Xeyrullayev
İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 30 Aprel 2025 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyənin Rusiya Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? AÇIQLAMA

07 İyul 2026 12:09see588

Bakıda məhbus həbsxanadan qaçdı Əməliyyat keçirilir

07 İyul 2026 16:59see362

Bankların yay kampaniyaları 2026

07 İyul 2026 11:12see361

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

07 İyul 2026 11:45see332

Ülfət çimərlik geyimində fotolarını paylaşdı

07 İyul 2026 02:03see296

Legioneri “Səbail”dən ayrıldı

07 İyul 2026 02:03see274

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

07 İyul 2026 02:40see246

Cozef Aun ABŞ ni İsrailin Livandan çıxmasını sürətləndirməyə çağırdı

07 İyul 2026 00:43see219

Müəllim də repetitor yanına hazırlığa gedir VİDEO

07 İyul 2026 09:15see207

Qalibaf: İrana hücum edənlər cəzalandırılacaq

07 İyul 2026 03:33see199

Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar

07 İyul 2026 06:09see197

Gecələr yata bilmirəm, nə etməliyəm?

06 İyul 2026 23:33see195

Ukraynanın məqsədi Rusiya ordusunun yanacaq təminatını çətinləsdirməkdir

07 İyul 2026 08:52see191

RF nin Ukraynadakı Azərbaycan mülkiyyətinə hücumları Moskva körpüləri yandırır

07 İyul 2026 18:16see186

“Bəzi sahələrdə diplom və sertifikata ehtiyac qalmayacaq” ​Ekspert

06 İyul 2026 22:05see185

Tut yeməyin faydaları

07 İyul 2026 04:21see180

Ərdoğan Miçotakisi elə bir marşla qarşıladı ki... Video

08 İyul 2026 00:28see177

Dünya liderlərini heyran qoyan süfrə: Beştəpənin rəsmi şam yeməyində nələr var idi?

07 İyul 2026 23:57see175

Gəncədə faciə: 23 yaşlı qız yaşadığı evdə ölü tapıldı

08 İyul 2026 02:23see166

“Mirzə Əsgərov bizim üçün əziz dost, dəyərli ziyalı və nümunəvi vətəndaş idi” VÜQAR RƏHİMZADƏ

07 İyul 2026 16:50see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri