Icma.az
close
up
RU
Badə... nəbadə! TƏHLİL

Badə... nəbadə! TƏHLİL

Icma.az xəbər verir, Azvision saytına əsaslanaraq.

Dəyişiklik ölkənin, habelə yerli istehsalçıların iqtisadi maraqlarını qorumaq, istehlakçıların sağlamlıqları ilə hüquqlarının müdafiəsini daha yaxşı təşkil etmək, daxili bazarda minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinə cavab verməyən alkoqollu içkilərin satışını və bu sahədə qanunsuz sahibkarlığın qarşısını almaq məqsədilə 7 fevral 2023-cü il tarixli müvafiq Prezident sərəncamına əsasən irəli sürülüb.
Bu, spirtli içkilərlə bağlı yeni qiymət siyasətinin ortaya qoyulacağı deməkdir. Ancaq hesab edirəm, hələ ki müəyən nüansları nəzərə almaq və ehtiyatla addımlamaq lazımdır. Belə ki, məsələn, bayaq qeyd etdiyim Sərəncamın 1.3. bəndində yazılıb: “Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymət tələbi beynəlxalq təcrübə nəzərə alınmaqla müəyyən edilməlidir”. Bunun bizə indi xeyri ola bilərmi?! Ümumiyyətlə, qiymətdə döşəmə siyasəti istehlak bazarımızda texniki-normativ hüquqi aktlarla müəyyən olunan minimum keyfiyyət, təhlükəsizlik göstəricilərinə cavab verməyən alkoqollu içkiləri sıradan çıxaracaqmı?! Minimum qiymət səviyyəsinin tətbiqi ilə bu sahədə tələb olunan səviyyədə dövlət tənzimlənməsinə nail olmaq mümkündürmü?
İndiki şəraitdə xeyr. Bunun bir neçə səbəbi vardır. Əvvəla, bu kimi məsələlərin həllində inzibati metodlar effekt verməyib, vermir və verə də bilməz. Ölkəmizdə alkoqollu içki satışı sahəsində mövcud vəziyyət həqiqətən də dövlət tənzimlənməsinin təkmilləşdirilməsini və bu sahədə əlavə tədbirlərin həyata keçirilməsini labüdləşdirir. Ancaq hələ ki birbaşa bu yolla deyil.

Doğrudur, alkoqollu içkilərin pərakəndə satışı sahəsində minimum qiymətin tətbiqi beynəlxalq təcrübədə var. Lakin onlarda bu, sırf sağlamlıq, keyfiyyətə nəzarət etmək deyil, istehlakı azaltmaq məqsədi daşıyır. İnzibati şəkildə qiymət tətbiqi yolu ilə alkoqollu içkilərin təhlükəsizliyi və keyfiyyəti sahəsində istehlakçıların hüquqlarını tam şəkildə qorumaq, onları aldadan hər hansı digər fəaliyyətin qarşısını almaq və bu sahədə qanuni fəaliyyət göstərən intizamlı, peşəkar sahibkarlıq subyektlərinin maraqlarını təmin etmək, daxili bazarı aşağı keyfiyyətli məhsullardan sığortalamaq, qeyri-qanuni istehsalı aradan qaldırmaq mümkün deyil.
İkincisi, qiymət, məlum olduğu kimi, tələb və təklifin nisbəti əsasında təşəkkül tapır. Əlverişli qiymətlərin ortaya çıxması üçün rəqabət amili olmalıdır. Azərbaycan bu gün çoxlu çeşiddə alkoqollu içkilər istehsal və ixrac edir. Eyni zamanda, ölkəyə idxal da həyata keçirilir. Bəzi idxal məhsulları yerli məhsullardan baha olsa da, elə yerli alkoqollu içkilər var ki, xarıcı analoqlarından baha təklif olunur. Yerli alıcıların çoxunun onlara heç “əli çatmır”. Bu, nəyi göstərir?! Demək, sözügedən məhsullar üzrə daxili bazar formalaşıb. Onda biz nəyi tənzimləmək, istəyir, nəyə nail olmağa çalışırıq?!
Bəli, satışda minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinə cavab verməyən alkoqollu içkilər heç də az deyil. Ancaq bu, qiymətlərin mövcud səviyyəsindən deyil, qanunsuz istehsal, qaçaqmalçılıq, vergidən yayınma, nəzarətsizlik kimi amillərdən irəli gəlir. Qiymətdə döşəmə siyasətinin tətbiqi indilikdə bunları aradan qaldıra bilməz. Hər malın, necə deyərlər, öz alıcısı var. Keyfiyyətsiz məhsulun da alıcıları olduğundan, döşəmə qiyməti kara gəlməyəcək.
Üçüncü və bəlkə də ən mühüm məqam isə ondan ibarətdir ki, alkoqollu içkilər satış həcmi, alqı-satqı dövriyyəsi yüksək məhsullar olduğundan, bunlara həm də aksiz vergisi tətbiq olunur. Aksiz - qanunvericilikdə müəyyən edilən malların satış qiymətinə daxil edilən dolayı (istehlak) vergi növü sayılır. Ölkədə istehsal edilən, yaxud ölkəyə idxal olunan aksizli mallardan (vergidən azad edilən mallar istisna olunmaqla) aksiz tutulur.
Aksizli mallara içməli spirt, pivə və spirtli içkilərin bütün növləri, tütün məmulatları, neft məhsulları və sair daxildir. Aksiz dərəcələri ən çox istehlak edilən, alqı-satqısı çox olan məhsullar üzrə həyata keçirildiyindən büdcə gəlirlərini artırmaq məqsədilə demək olar, hər il yüksəldilir. Alkoqollu içkilər üçün sonuncu dəfə ötən ilin əvəllində 80 qəpik qaldırılıb və hər litr üçün 4 manatdan 4,8 manata yüksəldilib. Bütün bunlar da sözügedən məhsulların qiymətlərin artmasına səbəb olub.
Ümumiyyətlə, aksiz dərəcələri son illər ərzində xüsusən tütün məmulatları və alkoqollu içkilər üzrə bir neçə dəfə artırılıb. Hər dəfə də qiymətlərə təsir edib. Sadəcə olaraq, adıçəkilən məhsullar ən zəruri tələb duyulan istehlak malları sırasına daxil olmadığından, bunlar ölkədəki sosial duruma təsirsiz ötüşür. Lakin təcrübə göstərib və göstərir: hər hansı bir məhsulun satış qiyməti əgər vergi və yaxud digər səbəblər üzündən ardıcıl bahalaşırsa, demək, həmin növ məhsulun qeyri-qanuni istehsalı, qaçaqmalçılığı, vergidən yayındırma yolu ilə bazara çıxarılması üçün münbit şərait yaranır. Ona görə də, aksiz dərəcələrini davamlı yüksəltmək məqsədəuyğun deyil və bunu xüsusən də alqı-satqısı geniş xarakter daşıyan məhsullar üzrə nəzərə almaq vacibdir. Büdcə gəlirlərinin artırmaq üçün həyata keçirilən bu siyasətin müəyyən həddi olmalı, bəzi nüanslar mütləq nəzərə alınmalıdır.
Düzdür, Ümumdünya Səhiyyə Təşkilatı sözügedən məhsullar üzrə aksiz dərəcələrini 60-65%-ə çatdırmağı tövsiyə edir. Ancaq bu, bazara tam nəzarət şəraitində mümkündür. Davamlı və sürətli artım əks effekt yarada, gəlirləri azalda, qanunsuz və qeyri-normal rəqabət mühiti ortaya çıxara bilər. Alqı-satqı dövriyyəsi yüksək məhsullar üzrə aksiz və vergi dərəcələrinin artırılması ümumi tənzimləyici iqtisadi siyasət kontekstindən kənara çıxmalı deyil. Minimal qiymət həddinin müəyyən olunması da eyni çərçivədə baxılaraq, həll edilməlidir.

Pərviz Heydərov
Azvision.az üçün
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://azvision.az
archiveBu xəbər 03 Yanvar 2025 22:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see434

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see397

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see389

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see364

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see350

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see345

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see267

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see266

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see264

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see230

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see220

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see218

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see217

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see216

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see212

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see202

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see201

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see197

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see196

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri