Enrike, Qvardiola, Arteta...
Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ESPN nəşri Avropanın ən yaxşı klub məşqçilərinin yeni reytinqini açıqlayıb.
QOL.az xəbər verir ki, siyahıda 30 mütəxəssis yer alıb.
Reytinqə "PSJ"nin baş məşqçisi Luis Enrike başçılıq edib. İspaniyalı mütəxəssisin rəhbərliyi altında Paris klubu ötən mövsüm yenidən Çempionlar Liqasının qalibi olub və Fransa çempionluğunu qazanıb.
İkinci pillədə uzun illər "Mançester Siti"yə rəhbərlik etdikdən sonra klubdan ayrılan Xosep Qvardiola qərarlaşıb. Mikel Arteta isə üçüncü olub. Onun rəhbərliyi altında "Arsenal" 22 ildən sonra İngiltərə çempionluğunu qazanıb.
İlk "10-luq"da Hans-Diter Flik ("Barselona"), Unay Emeri ("Aston Villa"), Can Pyero Qasperini ("Roma"), Xabi Alonso ("Çelsi"), Vensan Kompani ("Bayern") və Kristian Kivu ("İnter") də yer alıb.
"Real"a qayıdan Joze Mourinyo isə reytinqdə 24-cü pillədə qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 12 Avqust 2026 22:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















