Icma.az
close
up
RU
ƏNVƏR MƏMMƏDOV: Sovet tele radiosunun əsas siması

ƏNVƏR MƏMMƏDOV: Sovet tele radiosunun əsas siması

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Nəriman Əbdulrəhmanlı

(əvvəli BU LİNKDƏ)

Ənvər Məmmədov diplomatik sahədən uzaqlaşıb mətbuat təşkilatçısı kimi mühüm missiyaları yerinə yetirəndə 35 yaşı yenicə tamam olmuşdu, amma artıq savadı, qabiliyyəti, işgüzarlığı ilə tanınırdı. Təsadüfi deyil ki, o 1959-1960-cı illərdə “Sovinformbüro”nun (Sovet Məlumat Bürosu) baş redaktoru və sədrin birinci müavini vəzifələrində çalışdı.

1961-ci ildə “Novosti” Mətbuat Agentliyi yaradılanda da rəhbərlik Ənvər Məmmədovun bu keyfiyyətlərinə ehtiyac duydu. O, sədrin birinci müavini və siyasi şərhçi kimi həmin mətbuat qurumunun qısa müddət ərzində formalaşmasında və beynəlxalq nüfuz qazanmasında başlıca rol oynadı.

5.Tele-radionun əsas siması

1962-ci ildə SSRİ Nazirlər Soveti yanında Dövlət Televiziya və Radio Verilişləri Komitəsi təşkil olundu. Əslində, siyasi-ideolji vəzifə olan sədrliyə köhnə bolşevik Mixail Xarlamov təyin edildi. Sədrin birinci müavini vəzifəsi isə artıq dəfələrlə sınaqdan çıxmış, tapşırılan bütün sahələrdə özünü doğrultmuş Ənvər Məmmədova həvalə olundu. O, mübaliğəsiz, komitədə sədrdən də artıq nüfuza malik və əslində, qurumda əsas söz sahibiydi.

1964-cü ildə Xarlamovu Nikolay Mesyatsev, 1970-ci ildə Mesyatsevi Sergey Lapin əvəz elədi, Ənvər Məmmədov isə düz 1985-ci ilədək sədr müavini kimi sovet televiziya və radio siyasətini həyata keçirən əsas sima odu. O, 1964-cü ilin avqustunda sonralar “yenidənqurma”nın ideoloqlarından biri olan Aleksandr Yakovlevlə birgə SSRİ ərazisində yayımlanan qərb radioları ilə rəqabət aparmalı olan “Mayak” radiosunun yaradılmasında iştirak elədi.

Ənvər Məmmədovun yüksək peşəkarlığı, mədəniyyəti və biliyi həmişə sovet rəhbərliyi tərəfindən layiqincə qiymətləndirilirdi, altı dəfə ordenlə, çoxlu medallarla təltif edilmişdi. Hətta 1982-ci ildə Yuri Andropov Sov.İKP MK-nın Baş Katibi seçiləndə Moskva radiosunun diktoru yeni rəhbərin çıxışı olan vərəqləri səhv salıbmış. Buna görə də Lapin vəziyyətdən çıxmaq, gözdən pərdə asmaq üçün müavinini cəzalandırmağı qərara alıbmış. Amma Andropov Ənvər Məmmədovu şəxsən tanıdığından və müsbət keyfiyyətlərinə bələd olduğundan, komitə sədrinə zəng eləyib, onun cəzalandırılmaması barədə göstəriş vermişdi.

1985-ci ildə Sov. İKP MK-nın Baş Katibi seçilən Mixail Qorbaçov isə ideoloji rıçaqları əlinə keçirmək üçün bir çox peşəkarlarla yanaşı, Ənvər Məmmədovu da vəzifəsindən uzaqlaşdırdı...

6.İstedadlı və erudisiyalı “knyaz”...

Ənvər Məmmədov həmin vaxt 60 yaşını ötsə də, peşə fəaliyyətindən heç vaxt uzaq düşmədi, 1986-1992-ci illərdə “Novosti” mətbuat agentliyinin siyasi şərhçisi, RİA-radionun məsləhətçisi, sonra “RİA Novosti” agentliyində baş redaktorun məsləhətçisi işlədi.

Sovet kütləvi informasiya vasitələri sistemində 30 il əsas simalardan biri omuş Ənvər Məmmədovun ən çox sevdiyi sahə televiziya idi. Bu sahənin vurğunları arasında işləməkdən, sözün əsl mənasında, zövq alırdı. Sonralar bunu dəfələrlə etiraf eləmişdi: “Fikrimcə, televiziyaya bacardığım hər şeyi, ən başıcası isə tamaşaçıya sonsuz sevgini verdim. Rəhbərlik televiziyanı tamamilə mənə həvalə eləmişdi. Hətta Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin birinci müavini təyin olunmağım barədə Siyasi Büronun qərarında ad-soyadımın qarşısında mötərizə içində TV yazılmışdı”.

Amma o illər ərzində kimsə Ənvər Məmmədovu kameralar qarşısında dayanan görmədi. Rəhbərlik funksiyasını insanlara nümayiş etdirmək unun xarakterinə yad idi. Hətta kübar davranışlarına görə, tele-radio mühitində “Knyaz” ləqəbi də qazanmışdı. Uca boylu, şax qamətli, boz kostyumlu ikinci şəxsi gizlincə də olsa Yuri Andropova oxşadırdılar. Üstəlik, tele-radio məkanında “Mister X” ləqəbi ilə də tanınmışdı. Bir çoxları isə ona çox işlətdiyi “əzizim” kəlməsinə görə “Əzizim” ləqəbi yaraşdırıb.

İlk baxışda müsahiblərinə elə gəlirdi ki, Ənvər Məmmədov heç kəsə vermir, heç nəyə diqqət göstərmir, amma əslində, hər şeyi görür, dəqiq nəticə çıxarır, yanlışlıqdan, yaxud ikimənalılıqdan uzaq göstərişlər verir, bənzərsiz istedadı və erudisiyası özünü dərhal büruzə verirdi.

7.Yaradıcı və patriarx...

Sovet və Rusiya televiziya və radiosunda çalışmış peşəkarlar həmişə Ənvər Məmmədovun müsbət insani keyfiyyətlərini dilə gətiriblər. Onun ciddiliyi, prinsipiallığı, yerliçilikdən və lobbiçilikdən uzaq olması, həmişə ədalətin tərəfini saxlaması, yaradıcı adamları himayə eləməsi indi də minnətdarlıqla xatırlanır. Fantastik işgüzarlığı, möhkəm yaddaşı, xidmətində olduğu siyasi sistemlə yaradıcı adamlar və tamaşaçılar arasında zamanın tələblərinə cavab verən əlaqələr qurmaq bacarığı daim peşəkarlara örnək göstərilir.

O vəzifəsindən və nüfuzundan faydalana, bir çox məsələlərin həllində öz mövqeyini qəbul etdirə bilirdi. Məşhur “Baharın on yeddi anı” televiziya serialı, “Taleyin istehzası, yaxud həmişə təmizlikdə”, “Əbədi çağırış” filmləri qadağan olunmaq təhlükəsiylə üzləşəndə həmin ekran əsərləri məhz Ənvər Məmədovun inadkarlığı sayəsində tamaşaçılara çatdırılmışdı. O, hətta məşhur kinoulduz Sofi Lorenin sovet televiziyasında istehsalı nəzərdə tutulan “Anna Karenina” teleserialında baş rola çəkilməsinin qarşısını almışdı.

Ənvər Məmmədov 20 ildən artıq müddət ərzində sovet televiziyasının efir taleyini həll eləyən əsas sima olub, “Kinopanoram”, “Kinosəyahətlər klubu”, “13 stul”, “Gülüş ətrafında”, “Nə? Harada? Nə vaxt?”, “Haydır, qızlar!”, “Heyvanlar aləmində”, Sağlamlıq” kimi populyar verilişlərin yaranmasına xeyir-dua verib.

***

Tele-radio sənətinin “patriarxı” “canlı əfsanəsi” və “canlı ensiklopediyası” adlandırılan patriarxı Ənvər Məmmədov zəngin biliyini və təcrübəsini ömrünün axırınacan insanlardan əsirgəmədi. O, 2023-cü il avqustun 15-də 100 illik yubileyini qeyd elədi, “Aleksandr Nevski” ordeniylə təltif olundu, sentyabrın 6-da isə dünyadan köçdü, Moskvanın Troekurovo qəbirstanlığında dəfn olundu.

Oğlu Georgi onun yarımçıq diplomatik younu davam etdirib, uzun müddət SSRİ-nin, sonra da RF-nın xarici ölkələrdəki mümayəndəliklərində, dövlət qurumlarında çalışıb, Xarici işlər nazirinin müavini, RF-nın Kanadadakı Fövqəladə və Səlahiyyətli səfiri olub.

“Naməlum” sayıldığı qədər də nüfuz qazanmış Ənvər Məmmədovun ömür yolu, əsasən, sovet rejimi dövrünə düşsə də, ibrətamizdi...

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 22 İyul 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri