Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Diş minasını bu üsulla bərpa etmək OLAR

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

ƏNVƏR MƏMMƏDOV: Sovet tele radiosunun əsas siması

ƏNVƏR MƏMMƏDOV: Sovet tele radiosunun əsas siması

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Nəriman Əbdulrəhmanlı

İkinci Dünya müharibəsi başa çatandan sonra, 1945-ci ilin dekabr ayından 1946-cı ilin fevral ayınadək davam eləyən Nürnberq Beynəlxalq Hərbi Tribunalında həmyerlimiz, Azərbaycanda ərəbşünaslıq məktəbinin əsasını qoymuş Ələsgər Məmmədovun SSRİ Xarici İşlər Nazirliyinin xətti ilə alman dili tərcüməçisi kimi iştirak elədiyi barədə çox yazılıb.

Amma çoxları həmin prosesdə daha bir soydaşımızın - Ənvər Məmmədovun Stalinqrad döyüşlərində əsr düşmüş feldmarşal Paülyüsün verdiyi ifadəini rus dilinə çevirdiyini bilmir.

Üstəlik, Ənvər Məmmədov keçmiş SSRİ-nin Dövlət Radio və Televiziya Verilişləri Komitəsi sədrinin birinci müavini kimi mühüm vəzifədə çalışıb, ölkənin ən nüfuzlu mətbuat rəhbərlərindən biri kimi tanınıb.

Onun yetərincə ibrətamiz ömür yolu var...

1.Çilingərlikdən diplomatiyaya...

Ənvər Nazim oğlu Məmmədov 1923-cü il avqustun 13-də Bakıda müəllim ailəsində anadan olub. Uşaqlıq çağları çalxantılı 30-cu illərə təsadüf edib. Atası Nazim Rauf oğlu o təhlükəli dövrdən salamat çıxa bilməyib, saxta ittihamlarla həbs olunub, uzun müddət həbsxanada yatıb və 1949-cu ildə vəfat eləyib. İdarələrin birində makinaçı-kargüzar işləyən anası Olqa Alekseyevna İvanova Ənvəri çətinliklə böyüdüb.

Ənvər natamam orta məktəbin yeddinci sinfini bitirəndə ailələrinin maddi vəziyyəti üzündən çilingər köməkçisi işləyib, eyni zamanda, axşam məktəbində orta təhsilini də tamamlayıb. Təyyarəçi olmaq istəyirdi. Təhsilini başa vurduğu il – 1941-ci ilin iyununda - aviasiya məktəbinə müdavim qəbul olundu. Arzusu artıq başlamış müharibədə təyyarəçi kimi iştirak eləmək idi.

Amma təlim məşqlərinin birində aldığı ağır zədə Ənvərin arzusunun gerçəkləşməsinə imkan vermədi. Artıq uçuş üçün yaramadığına görə, məktəbdən xaric edilən oğlan böyük sarsıntı keçirirdi. Ona elə gəlirdi ki, bundan sonra həyatını arxa cəbhədə, güzəran qayğılarıyla əllləşməklə keçirəcək. Uşaqlıqdan dil öyrənməyə olan həvəsinin ömür yolunu müəyyənləşdirəcəyi hələ ağlına belə gəlmirdi...

2.Hərbi tərcüməçilikdən diplomatiyaya

Elə həmin il də 18 yaşlı Ənvər Məmmədovu Qızıl Ordu Baş Qərargahı kəşfiyyat xidmətinin nəzdindəki hərbi tərcüməçi kurslarına göndərdirlər. O, ingilis və italyan dillərini çox asanlıqla mənimsəyir, üstəlik, alman və fransızcanı sərbəst öyrənirdi. Hətta kursları bitirib kəşfiyyat xidmətinə göndəriləndə belə, dil öyrənmək onun həyatının bir parçasına çevrilmişdi. Həmin dövrdə alman casusları Bakı neftinə hücum etməyi planlaşdırdıqlarından, Ənvərin rəhbərlik elədiyi komanda bu yönümdə baş verən təxribatların qarşısını almaqla məşğul idi.

Gənc Ənvər Məmmədov mükəmməl dil qabiliyyətinə, həm də təşkilatçılıq bacarığına görə diqqətdən kənarda qalmadı, 1943-cü ildən ordu sıralarından tərxis edilib SSRİ Xalq Xarici İşlər Komissarlığının sərəncamına göndərildi. Cəmi bir il ərzində lazımi diplomatik etiketləri mənimsəyən gənc komissarlığın ən perspektivli əməkdaşları siyahısına daxil edildi.

1944-1945-ci illərdə İtaliyadakı sovet səfirliyinin mətbuat katibi çalışan Ənvər Məmmədov həm italyan və alman dilləri sahəsində biliyini cilaladı, həm də ekstremal şəraitdə işləmək qabiliyyətini büruzə verdi. Müharibə şəraitində olan ölkədəki səfirlikdə cəmi 3 nəfər - səfir, birinci katib və tərcüməçi – işlədiyinə görə, o, həm partiyalar, mətbuat orqanları ilə təmasda olur, həm də digər zəruri işlərdə köməyini əsirgəmirdi.

Əlbəttə ki, təhlükəli də olsa, İtaliyada və Almaniyadakı mövcud və İkinci Dünya müharibəsinin başlanmasına səbəb olan faşist rejimlərinə qarşı fəaliyyət göstərən müxalif düşüncəli insanlar və partizan dəstələrinin nümayəndələriy ilə təmas qurmaq da onun başlıca vəzifələrindən biriydi.

3.Feldmarşal fon Paülyüsün tərcüməçisi

İkinci Dünya müharibəsi Hitler və Mussolini rejimlərinin süqutuyla başa çatdı, qalib müttəfiq dövlətlər məğlubiyyətə uğradılmış nasist rejminin rəhbərlərini mühakimə eləmək üçün 1945-1949-cu illərdə fəaliyyət göstərən Beynəlxalq Nürnberq Hərbi Tribunalı qurdular. ABŞ, İngiltərə, Fransa və SSRİ-dən göndərilmiş hakimlər Martin Borman, Rudolf Hess, Yoahim von Ribbentrop... kimi mühharibə canilərini mühakimə eləyirdilər. Bir qədər əvvəl özlərini dünyanın hakimi sayan nasist liderləri sülhə qarşı sui-qəsd, sülhə qarşı cinayətlər, müharibə cinayətləri, nsanlığa qarşı cinayətlər ittihamları ilə mühakimə olunurdular. Birinci məhkəmədə nasist rejimi rəhbərliyindən 22 nəfər prosesə cəlb edilmişdi.

Həmin vaxt Xarici İşlər Nazirliyinin sərəncamında olan Ənvər Məmmədov prosesin bilavasitə iştirakçısı olmaq imkanı qazanmışdı. O sonralar həmin məqamı belə xatırlayırdı: “Nyurnberq prosesində iştirak eləmək arzum olub-olmadığını soruşdular. Tərçümə bürosunun rəis müavini kimi çalışmalı idim. Çox arzulayırdım ki, o alçaq və qatilləri həbsxana divarları arasında görüm. Çünki onların torpaqlarımızda nələr törətdiklərinin şahidi idim...”

Ənvər Məmmədov nümayəndə heyəti tərcümə bürosu rəhbərinin müavini olmaqla yanaşı, XİN-nin prosesdəki təmsilçisi vəzifəsini də yerinə yetirirdi. Eyni zamanda, sovet nümayəndə heyəti məşhur hərbi əsir feldmarşal Fridrix fon Paülyüsün ifadələrini rus dilinə çevirməyi də ona həvalə eləmişdi. Qərb müttəfiqləri və ABŞ feldmarşalın prosesdə iştirakında maraqlı olmasalar da, gənc kəşfiyyatçı-tərcüməçi onu Sovet-Amerika işğal zonaları sərhədində qarşılaya, gizlicə Nürnberqə çatdıra bilmişdi. Sonralar o, həmin məqamı belə xatırlayırdı: “Tribunal Amerika zonrasında yerləşirdi, zonalar arasındakı sərhədsə dinc vaxtının dövlət sərhədini xatırladırdı, hər yerdə postlar qoyulmuşdu, o postlardan nəzərə çarpmadan keçmək lazım idi. İki il döyüşən orduda olduğuma, həm də hərbi kəşfiyyatı mənimsədiyimə, ingilis dilindən əlavə alman, fransız və italyan dilləri bildiyimə görə, Paulüslə birgə sovet zonasından Amerika zonrasına maneəsiz keçə bildik...”

Cəmi 23 yaşı olsa da, vəzifəsinin öhdəsindən bacarıqla, həm də yüksək peşəkarlıqla gəlməsi Ənvər Məmmədovun böyük nüfuz qazanmasını şərtləndirdi. Faşizmin iç üzünü açan feldmarşalın ifadələri Nürnberq prosesinin ən böyük uğurlarından biri sayılırdı.

4.Tərcüməçilikdən mətbuata

Deyilənə görə, Ənvər Məmmədova ilk dəfə diplomatik missiya həvalə olunanda ölkənin xarici işlər naziri Vyaçeslav Molotov etiraz eləyib: “Bu kimdi? Tatardı? Onun bu cür yüksək vəzifəyə göndərirsiniz, necə işləyəcəyisə məlum deyil”. Amma az sonra Molotov tərcüməçinin zəngin təcrübəsindən xəbər tutub, təyinatına razılıq verib.

Ənvər Məmmədov Nürnberq sınağından qayıdandan sonra ailə qursa, Xarici İşlər Nazirliyində tərcüməçi kimi çalışsa da, ali təhsil almaq, gələcək həyatını müəyyənləşdirmək arzusundaydı. Elə bu arzu da onu Birinci Moskva Dövlət Xarici Dillər İnstitutuna aparıb çıxardı. Şübhəsiz, o, təhsil müddətində də Xarici İşlər Nazirliyinin diqqətindən kənarda qalmadı: kəşfiyyat təcrübəsi, dil biliyi, diplomatik səriştəsi olan belə bir kadr poststalin dövrü xarici siyasəti üçün çox qiymətliydi.

1953-cü ildə təhsilini vurandan sonra Ənvər Məmmədov üç il ABŞ, İngiltərə və Latın Amerikasına yayım üzrə Baş redaksiyanın baş redaktoru vəzifəsini yerinə yetirdi. 1956-cı ildə Amerikaya ən yaxşı diplomatik qüvvələr göndərməyə çalışan Nikita Xruşşov cavan, həm də artıq yetərincə təcrübəsi olan Ənvər Məmmədovu da həmin siyahıya daxil elədi. O üç il SSRİ-nin ABŞ-dakı səfirliyində müşavir-nümayəndə (səfirdən sonra ikinci şəxs) və “USSR” jurnalının baş redaktoru oldu.

(ardı var)

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:295
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 15 İyul 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see709

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see455

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see401

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see305

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see289

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see287

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see260

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see255

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see246

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see245

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see241

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see238

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see237

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see235

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see230

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see217

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see195

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see192

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see186

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri