Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Epidemik parotit (“svinka”)

Epidemik parotit (“svinka”)

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu, virus infeksiyası olub, tüpürcək vəzilərinin, mədəaltı vəzinin, oğlanlarda xayaların, qızlarda yumurtalıqların, beyin qişalarının və s. toxumaların zədələnməsi ilə müsayiət edilir.

Epidemik parotitdən ölüm hallarına təsadüf edilmir.

Onun fəsadları isə xəstəlikdən xeyli müddət keçdikdən sonra baş verən şəkərli diabet, sonsuzluq şəklində meydana çıxa bilər. Xəstəliyə yoluxma xəstə adamla təmasda olmaq nəticəsində baş verir.

Xəstəlik hərarətin 38-390C və daha artıq qalxması ilə başlayır, ağızı açarkən və çeynəmə zamanı ağrı hiss olunur, qulaqaltı tüpürcək vəzilərinin ölçüsü böyüyür. Daha sonra çənəaltı və dilaltı tüpürcək vəziləri də böyüyə bilər. Tüpürcək vəzilərinin xeyli böyüməsi baş vermiş olarsa, bu zaman uşağın sifəti donuza bənzədiyi üçün bu xəstəliyə “svinka” (“donuz”) da deyirlər.

Mədəaltı vəzin zədələndiyi halda uşaqda qarın nahiyəsində ağrılar, ürəkbulanma, qusma, iştahanın azalması əlamətləri qeyd edilə bilər.

Epidemik parotit nəticəsində beyin qişaları zədələnmiş olarsa (meningit), temperatur 390C-yə və daha çox yüksəlir, uşaqda kəskin baş ağrıları, qusma, başgicəllənmə, bəzən qıcolmalar və huşun itirilməsi əlamətləri baş verir.

Cinsi üzvlərin zədələnməsi daha çox yeniyetmə uşaqlarda və böyüklərdə baş verir. Hərarət 390C-yə qalxır, xayanın biri böyüyür, bir qədər qızarır, kəskin ağrı başlayır. Xayaların zədələnməsi ikitərəfli olarsa, bu, gələcəkdə sonsuzluğa da səbəb ola bilər.

Qızlarda epidemik parotit zamanı yumurtalıqların zədələnməsi baş verə bilər. Bu zaman onlarda qarının aşağı hissəsində ağrı qeyd edilir. Yumurtalıqların zədələnməsi gələcəkdə qızlarda sonsuzluğun əmələ gəlməsinə səbəb ola bilər.

Epidemik parotit heç bir xüsusi müalicə tələb etmir. Həkim uşağın vəziyyətinə evdə nəzarət edir. Lazım gəldikdə onlara hərarəti aşağı salan, ağrıkəsici dərmanlar, vitamin preparatları təyin olunur.

Sinir sistemi, mədəaltı vəzi və ya cinsi orqanlarda fəsadların olmasına şübhə yaranan kimi uşağı təcili olaraq xəstəxanaya yerləşdirmək lazımdır.

Uşağın yeməyi yüngül mənimsənilən formada (çeynəmə zamanı ağrılar olduğu üçün) olmalıdır. Şişmiş vəzilərin üzərinə istiləşdirici pambıq-tənzifli sarğılar qoymaq lazımdır (kompres etmək olmaz). Xəstəlikdən sağalma tədricən, xəstəliyin başlanğıcından 10-12 gündən tez olmayaraq baş verir.

Epidemik parotitin fəsadlaşmış formalarında isə sağalma xeyli sonra baş verir.

Keçirilən xəstəlikdən sonra uşaqda ömürlük immunitet yaranır.

Epidemik parotitin ən yaxşı profilaktikası - ona qarşı peyvəndin edilməsindən ibarətdir. Əgər uşaq bu xəstəliyə qarşı peyvənd almayıbsa, və epidemik parotitə də yoluxmayıbsa, ona istənilən yaşda peyvənd etmək olar.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:209
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 07:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see463

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see290

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see276

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see212

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see211

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see210

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see208

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see203

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see198

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see198

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see198

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see197

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see195

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see194

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see194

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see191

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see191

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see190

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see190

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri