Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
Icma.az, Marja.az portalına istinadən məlumatı açıqlayır.
Dubayın ən böyük liman operatoru olan "DP World"ın rəhbərliyində dəyişiklik edilib.
Marja.az xəbər verir ki, Şirkət, ABŞ Ədliyyə Nazirliyi tərəfindən yayımlanan Epştein sənədlərində İdarə Heyətinin sədri və İcraçı direktoru (CEO) Sultan Ahmed bin Sulayem-in adının çəkilməsindən sonra vəzifə dəyişikliyinə getdiyini açıqlayıb.

Essa Kazim-in Qrupun İdarə heyətinin sədri, Yuvraj Naraya-nın isə qrupun Baş icraçı direktoru (CEO) təyin edildiyi bildirilib.
ABŞ Ədliyyə Nazirliyinin Epştein işi ilə bağlı son yayımladığı sənədlərdə, Jeffrey Epstein-ın Sultan Ahmed bin Sulayem-i bir dəfə “yaxın şəxsi dost” kimi xarakterizə etdiyi ortaya çıxıb. Digər bəzi sənədlərdə isə Sulayem-in Epştein tərəfindən “ən güvəndiyi dostlardan biri” kimi təsvir edildiyi görülüb.
"DP World" qlobal liman və logistika əməliyyatlarını həyata keçirən ən böyük şirkətlər arasında yer alır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:270
Bu xəbər 13 Fevral 2026 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















