Icma.az
close
up
RU
Yerin təkindən xəbər verənlər Zəlzələlərin Tədqiqatı Bürosundan REPORTAJ VİDEO

Yerin təkindən xəbər verənlər Zəlzələlərin Tədqiqatı Bürosundan REPORTAJ VİDEO

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 3 fevral, Göyçək Mahmudlu, Ələkbər Baxşiyev, AZƏRTAC

Zəlzələlər yer qabığının tektonik hərəkətləri nəticəsində yaranan dağıdıcı təbii fəlakətlərdir. Yeraltı təkanların əvvəlcədən dəqiq proqnozlaşdırılması mümkün olmasa da, onların tədqiqi nəticəsində təhlükəsizlik tədbirləri gücləndirilir. Davamlı binaların tikilməsi, fövqəladə hallar planlarının hazırlanması və əhalinin düzgün davranış qaydalarını bilməsi insan itkilərinin qarşısını almağa kömək edir. Azərbaycan da seysmik cəhətdən fəal zonada yerləşdiyi üçün ölkəmizdə seysmoloji tədqiqatlar mühüm elmi və praktiki əhəmiyyət daşıyır.

AZƏRTAC-ın müxbirləri ölkəmizdə zəlzələlərin tədqiqi prosesi ilə tanış olmaq üçün Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosuna yollanıblar.

Məlumatların emalı üçün 72 proqramdan istifadə olunur

Büronun rəisi, yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova fasiləsiz işlədiklərini və daxil olan məlumatların emalı üçün 72 proqramdan istifadə edildiyini deyib: "RSXM- də 84 seysmik stansiya fəaliyyət göstərir. Məlumatlar stansiyadan peyk vasitəsilə delta telekoma, oradan isə Zəlzələlərin Tədqiqatı Bürosuna daxil olur. Real zamanda seysmometrlər yerdə baş verən titrəyişləri seysmoqram şəklində yazır. Seysmoqramlar yer təki sakit olduğu halda düz və ya dalğavari xətlərdən ibarətdir. Xətlərin dalğavari formada olması yerin təkində baş verən mikroseysmlərlə əlaqədardır. Zəlzələlər qeydə alındıqda isə dalğanın gəlməsi ilə qruntun güclü titrəyişləri mikroseysmik fonda düz və ya dalğavari yazılışların seysmoqramdan kənara çıxmaları şəklində müşahidə olunur. Dalğa yazıları keyfiyyəti dalğaların hansı qruntda yerləşməsi və ya seysmometrin amplitud tezliyindən asılı olaraq xarakterizə edilir. Məlumatlar satellite vasitəsilə mərkəzə gəlir, burada yaradılmış data məlumat bazasına toplanır. Emal olunan məlumatlar bazaya toplanır və arxivləşdirilir. Arxivləşdirən məlumatlar RSXM-in və İnformasiya Texnologiyaları İnstitutunun server yaddaşına göndərilir".

Ötən il 15 min 434 yeraltı təkan qeydə alınıb

Səidə İsmayılovanın sözlərinə görə, maqnitudası 3-dən böyük olan təkan qeydə alındıqda aidiyyəti qurumlara göndərilir: "Qafqaz regionu ,o cümlədən Azərbaycan Alp-Himalay qurşağına daxil olduğu üçün yüksək seysmik aktivliklə səciyyələnir. Şamaxı-İsmayıllı, Talış zonası, Zaqatala-Balakən, Kiçik Qafqaz, Xəzər dənizi seysmik aktiv bölgələr sayılır. 2025-ci ildə ölkəmizdə 15 min 434 yeraltı təkan qeydə alınıb. Ötən il ən yüksək maqnitudalı zəlzələ Xəzərin mərkəzi hissəsində baş verib və maqnitudası 5 olub. Həmçinin Dağıstan ərazisində maqnitudası 5.4 olan təkan Azərbaycan ərazisində 4-3 bala qədər hiss olunub. Ötən il quru ərazidə ən yüksək maqnitudalı (ml-4) olan zəlzələ Şəkidə qeydə alınıb. Zəlzələ episentrdə 4, ətraf rayonlarda isə 4-3 bala qədər hiss olunub. 2026-cı ilin ötən dövründə ümumilikdə 6 minə yaxın təkan qeydə alınıb. Bu müddət ərzində Azərbaycan ərazisində maqnitudası 3-dən böyük 9 təkan qeydə alınıb ki, onlardan 3-ü hiss olunub. Hazırda seysmik cəhətdən aktiv olan zonalar - Şamaxı-Ağsu sərhəddində, Talış zonası, Zaqatala ərazisində seysmik aktivliyin artımı müşahidə olunur. Ötən ay Şamaxı-Ağsu sərhəddində qeydə alınan ən yüksək maqnitudalı zəlzələ 3,8 olub, episentrdə 4 bala qədər, ətraf kəndlərdə 4-3 bala qədər hiss olunub. Həmçinin Biləsuvar, Siyəzəndə də maqnitudası 3-dən yuxarı zəlzələ qeydə alınıb. Hazırda Azərbaycanda seysmiklik fon səviyyəsindədir. Xəzər akvatoriyasında güclü təkan qeydə alınmayıb".

Müsahibimiz büroda yerli, yaxın, uzaq zəlzələlərlə yanaşı, vulkan, sürüşmə və partlayışlarla bağlı məlumatların analiz olunduğunu və emal edildiyini bildirib.

Palçıq vulkanları ilə bağlı aktivləşmələr diqqətdə saxlanılır

Azərbaycan palçıq vulkanlarının ən sıx yayıldığı ərazilərdən biri olduğundan ölkəmizdə bununla bağlı da sistemli tədqiqatlar aparılır. Büroda bu sahə üzrə araşdırma aparan şöbəyə də baş çəkdik.

Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri Səbinə Kazımova deyib ki, dünyada 2 minə yaxın palçıq vulkanı var və onlardan 365-i Azərbaycan ərazisindədir: "Ölkəmizin həm quru, həm də dəniz hissəsinə palçıq vulkanları mövcuddur. Onlardan 8-i ada tipli palçıq vulkanlarıdır. Hər iki-üç ildən bir 2-3 püskürmə qeydə alınır. Şöbədə palçıq vulkanlarının monitorinqi aparılır. "Nanometriks" şirkətinin seysmik stansiyaları quraşdırılıb. Ümumiyyətlə, 2022-ci ildən etibarən Azərbaycan ərazisində palçıq vulkanlarının monitorinq sistemi fəaliyyət göstərir. Onlayn rejimdə şöbəyə məlumatlar ötürülür və burada emal olunur. Hər gün dalğalara baxılır. Stansiyalar yüksək həssaslığa malikdir və burada palçıq vulkanlarının baş verməsi, davamlılığı, püskürmənin dərinliyi, ayrılan enerji hesablanır. Palçıq vulkanlarından öncəki və sonrakı aktivləşmələr də diqqətdə saxlanılır. Məlumdur ki, güclü zəlzələlər palçıq vulkanlarının aktivləşməsinə təsir edir. Həmin məlumatlar da analiz olunur. 2025-ci ildə iki palçıq vulkanının püskürməsi qeydə alınıb. Ən aktiv vulkan Lökbatan palçıq vulkanıdır. İndiyə kimi 26 püskürmə qeydə alınıb. Ötən il həm Lökbatan, həm də Otman-Bozdağ vulkanları püskürüb".

Səbinə Kazımova bu ilin ötən dövründə cəmi bir - Hacıqabul rayonunda Durandağ palçıq vulkanının növbəti püskürməsinin qeydə alındığını və uzun illərdən sonra prosesin baş verdiyini deyib. Həmçinin hazırda palçıq vulkanları ilə bağlı vəziyyətin stabil olduğunu diqqətə çatdırıb.

Tektonik blokların hərəkətlənməsi qeydə alınır

Bürodakı geodinamika şöbəsinin laboratoriyasında isə tektonik blokların və piltələrin hərəkəti GPS stansiyalar vasitəsilə öyrənilir. Qeyd olunub ki, Azərbaycan ərazisi Avrasiya və Ərəb piltələrinin toqquşma zonasında yerləşir. Yəni bu, tektonik koliziya zonasıdır və hazırda gərgin vəziyyətdədir. Hazırda Azərbaycanda 22 GPS stansiya mövcuddur. Onların məlumatları ilə tektonik blokların istiqamətləri, horizontal yerdəyişmələri öyrənilir. Hazırda ölkəmizdə tektonik bloklar şimal-şərq istiqamətində hərəkət edir. İldə təxminən 8-10 millimetr hərəkətlənmə qeydə alınır. Həmin tektonik blokların hərəkətləri nəticəsində zəlzələlər baş verir.

Yerin təkində gedən proseslərin dəqiq öyrənilməsi üçün seysmik cihazların düzgün quraşdırılması və onlara nəzarət mühüm əhəmiyyət kəsb edir. Bu vacib missiyanı büronun episentral şöbəsi həyata keçirir. Şöbənin mütəxəssisi Fərid Məmmədəlizadə fəaliyyət istiqamətləri haqqında məlumat verərək bildirib ki, şöbənin əsas vəzifəsi seysmik cihazlara texniki nəzarətin aparılmasıdır. Belə ki, şöbə əməkdaşları seysmik cihazları ərazidə quraşdırır, onların proqram təminatını idarə edirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:66
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Fevral 2026 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see658

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see273

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see253

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see248

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see219

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see218

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see185

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see178

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see177

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see151

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see145

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri