Icma.az
close
up
RU
Epşteyn qalmaqalı böyüyür: Britaniya hava limanlarında nə baş verib?

Epşteyn qalmaqalı böyüyür: Britaniya hava limanlarında nə baş verib?

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

"The Times" qəzetinin yaydığı sensasion materiala görə, pedofil maliyyəçi kimi tanınan Cefri Epşteyn insan alveri məqsədilə Böyük Britaniya hava limanlarından tranzit nöqtəsi kimi istifadə edib.

Ölkə.Az-ın məlumatına görə, ABŞ Ədliyyə Nazirliyinin açıqladığı “Epşteyn işi” sənədlərinə istinadən bildirilir ki, o, ABŞ–Böyük Britaniya marşrutu üzrə gənc qadınlar üçün dəfələrlə uçuşlar təşkil edib.

Dərc olunan materiallara 2019-cu ildə Manhetten həbsxanasında ölümünə qədər Epşteynin ölkəyə giriş-çıxışlarını əks etdirən uçuş sifarişləri, yanacaq qəbzləri və reys qeydləri daxildir. Sənədlər göstərir ki, Böyük Britaniyadan və ya bu ölkə vasitəsilə qadınlar üçün kommersiya uçuşları 2019-cu ilin iyun ayına – onun həbsindən cəmi bir ay əvvələ qədər davam edib.

Hazırda Britaniyanın altı polis qurumu mümkün insan alveri faktlarını araşdırır. Epşteynin “Lolita Express” kimi tanınan təyyarəsinin həm kommersiya hava limanlarına, həm də Kral Hərbi Hava Qüvvələrinin bazalarına – o cümlədən RAF Northolt – eniş etdiyi bildirilir.

Keçmiş Baş nazir Qordon Broun təcili araşdırma aparılmasını tələb edib. O, "The New Statesman" nəşrinə müsahibəsində sənədlərdə Britaniya ilə bağlı 90 uçuşun qeydə alındığını, bunlardan 15-nin Epşteynin 2008-ci il məhkumluğundan sonrakı dövrə aid olduğunu vurğulayıb.

Araşdırmalar zamanı məlum olub ki, Epşteynin köməkçisi Lesli Qroff maliyyəçinin son həbsindən bir ay əvvəl Rusiya vətəndaşı üçün Londondakı Hitrou hava limanından Nyu-Yorka uçuş təşkil edib. Yazışmalarda marşruta “bron edilməmiş” otel əlavə olunması və bir qadın üçün geri dönüş bileti görüntüsü yaratmaq məqsədilə “saxta uçuş” təşkil edilməsi kimi detallar da yer alır.

Qroffun vəkilləri isə daha əvvəl müştərilərinin heç bir qanun pozuntusuna şahid olmadığını bildiriblər.

Sənədlər göstərir ki, Epşteyn Rusiya pasportu ilə Böyük Britaniyaya giriş və daha sonra ABŞ-a uçuş imkanları barədə aviasiya mütəxəssisləri ilə məsləhətləşib.

Qalmaqalın miqyası isə indi Britaniya hüquq-mühafizə orqanlarının araşdırmalarından asılı olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://olke.az
archiveBu xəbər 26 Fevral 2026 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see363

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see345

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see315

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see313

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see304

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see295

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see286

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see278

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see268

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see258

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see247

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see246

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see235

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see235

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see233

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see231

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see229

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see220

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri