“Epşteyn sənədləri”ndə adı hallanan Slovakiya baş nazirinin müşaviri istefa verdi
Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Slovakiya baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri ABŞ tərəfindən açıqlanan sonuncu “Epşteyn sənədləri”ndən sonra istefa verib.
Yeniavaz.com BBC-yə istinadla xəbər verir ki, sənədlərdə onun mərhum Ceffri Epşteynlə “qızlar və diplomatiya” haqqında mesaj mübadiləsi apardığı göstərilir.
Robert Fiko şənbə günü yayımladığı video mesajda Miroslav Layçakın istefasını qəbul etdiyini açıqlayıb və müşaviri “diplomatiya və xarici siyasətdə inanılmaz təcrübə mənbəyi” adlandırıb.
İstefa, ABŞ Ədliyyə Nazirliyi tərəfindən üç milyon sənədin açıqlanmasından bir gün sonraya təsadüf edir.
Fayllarda Layçak da daxil olmaqla, adı çəkilən şəxslərin heç bir qanun pozuntusu aşkarlanmasa da, Epşteyn ilə əlaqəsi olanlar üçün yeni suallar yaranıb.
Qeyd edək ki, Cefri Epşteyn 6 iyul 2019-cu ildə Nyu-York ştatının hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. Prokurorlar onun Manhettendəki evinə 2002-2005-ci illərdə ən kiçiyi 14 yaşında olan onlarla azyaşlı qız üçün məşhurların və zənginlərin səfərlər təşkil etdiyinə dair sübutların olduğunu bildiriblər. Epşteynin qonaqları arasında təkcə ABŞ-də deyil, həm də bir çox başqa ölkələrdə çoxlu sayda hazırkı və təqaüddə olan məmurlar, o cümlədən keçmiş dövlət başçıları, iri sahibkarlar və şou-biznes ulduzları olub. Epşteynin cinayət təqibi 2019-cu il avqustun 10-da həbsxana kamerasında intihar etdikdən sonra dayandırılıb.
Bu mövzuda digər xəbərlər:Epşteyn işində adı hallanan slovak diplomat istefa verdi
31 Yanvar 2026 23:34
Slovakiyanın baş naziri qalmaqallı Epşteyn işi ndə adı hallanan diplomatın istefasını qəbul etdi
31 Yanvar 2026 23:37
“Epşteyn sənədləri tam açıqlanmalıdır“ Tramp
17 Noyabr 2025 20:42
Epşteyn sənədləri nədir? İLGİNC FAKTLAR
30 Dekabr 2025 17:23
Çelsi nin sahibinin adı Epşteyn işi ndə çəkilir
31 Yanvar 2026 18:41
Baxış sayı:98
Bu xəbər 01 Fevral 2026 15:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















