Icma.az
close
up
RU
Əqrəb mövsümü nün Mətin i: Azərsu geyimindəki səhnəni çəkə bilməyimizə hələ də təəccüblənirəm

Əqrəb mövsümü nün Mətin i: Azərsu geyimindəki səhnəni çəkə bilməyimizə hələ də təəccüblənirəm

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"Əqrəb mövsümü" serialı mənim debütüm idi. Bu səbəbdən düşünürəm ki, "Mətin" obrazı üzərində çalışmağım həm də böyük təcrübə oldu. Bu film mənə aktyorluq sənətini daha dərindən anlamağa və fərqli bir insana çevrilmək üçün daxilimdəki potensialı kəşf etməyə kömək etdi. Obrazı yaratmamışdan əvvəl müxtəlif ustad aktyorların oyunlarını araşdırmışdım və onların metodlarını bu filmdə tətbiq etmək imkanı qazandım. Hər bir halda bu bir ilk idi və mənə görə, ən böyük qazancım elə bu təcrübəni yaşama şansım oldu".

Bunu Oxu.Az-a müsahibəsində "Əqrəb mövsümü" serialında yer alan ən gənc aktyorlardan biri - Arif Mövsümov deyib.

- Arif, "Əqrəb mövsümü" serialından tanınırsınız. Sizi oxuculara necə təqdim edim?

- Elə Arif Mövsümov kimi. (gülür) 2003-cü ildə anadan olmuşam. Bakıda beynəlxalq məktəbdə təhsil almışam. 15 yaşımdan orta təhsilimi Böyük Britaniyada davam etmişəm, hazırda isə yenə də Böyük Britaniyada film və televiziya prodüserliyi üzrə təhsil alıram.

- Necə oldu ki, seriala dəvət aldınız?

- Universitetimiz tərəfindən təşkil olunan birillik təcrübə proqramı çərçivəsində Azərbaycana gəlmişdim. Qismət belə gətirdi ki, təcrübə proqramımı İctimai Televiziyada (İTV) keçməli oldum. "Əqrəb mövsümü" komandası ilə tanışlığım buradan başladı.

- Seriala çəkilmək dəvəti alanda nə hiss keçirdiniz?

- Əlbəttə ki, bu mənim üçün gözlənilməz bir təklif və böyük bir imkan demək idi. Ona görə də böyük məmnuniyyətlə o möhtəşəm komandaya qoşuldum. Olduqca maraqlı və yaddaqalan bir təcrübə oldu mənim üçün.

- Filmdə canlandırdığınız "Mətin"in xarakteri sizin üçün nə qədər çətin və ya maraqlı idi?

- "Mətin" özü çox maraqlı obrazdır. Amma mənim üçün ən maraqlı olan filmin rejissorunun və ssenari müəllifinin bu obrazı formalaşdırmaq üçün mənə verdikləri sərbəstlik idi. Bu səbəbdən yaratdığım obrazın xarakterinə uyğun bir çox detalı özümün əlavə etmək imkanım yarandı ki, tamaşaçı bu obrazdan zövq alsın.

- Yaratdığınız obrazda sizi ən çox nə cəlb etdi?

- Obraz özlüyündə çox maraqlı idi, amma "Mətin"in məni özünə cəlb edən əsas xüsusiyyətlərindən biri onun soyuqqanlı və təmkinli olması idi. Məsələn, vəziyyət nə qədər təhlükəli olsa da, "Mətin" mümkün qədər istintaqa kömək etməyə çalışır, amma yenə də sakitliyini qoruyurdu. "Mətin"in digər bir diqqətimi çəkən xüsusiyyəti sevdiklərinə və yaxınlarına olan sadiqliyi idi. Özü gənc olsa da, müdrik bir insan kimi davranırdı.

- Arif, sizcə, yaratdığınız "Mətin" obrazı ilə öz xarakteriniz arasında hansısa oxşar və ya fərqli cəhətlər varmı?

- Açıq desəm, biz o qədər də bənzəmirik. Mən iş və şəxsi həyatı balansda saxlamağı sevən biriyəm - daha açıq, daha ünsiyyətciləm. "Mətin" isə tam əksinə, yalnız işə fokuslanmağı sevir. Serial boyunca "Rauf" dəfələrlə ona deyirdi ki, bir az dincəlsin, gününü maraqlı keçirsin, amma o buna maraq göstərmirdi. Yeri gəlmişkən, onu da qeyd edim ki, özümdən fərqli bir xarakterə malik insanı ekranda canlandırmaq da mənim üçün yeni bir hiss idi.

- "Əqrəb mövsümü" serialının çəkiliş prosesində ən çox yadınızda qalan hadisə nə olub?

- Əslində, yaddaqalan hadisələr çox olub. Bunlardan birində epizod üzrə Azər Aydəmir, Rövşən Məmmədli və mən "Azərsu" işçiləri kimi geyinməli idik. Azər Aydəmirlə mən saxta bığ taxmalı olduq ki, kimliyimizi gizlədək. Çox məzəli görünürdük deyə zarafatların ardı-arası kəsilmirdi.

O gün o səhnəni çəkə bilməyimizə hələ də təəccüblənirəm. Amma ümumilikdə, mənim üçün ən yaddaqalan hadisə çəkiliş heyətini tanımaq oldu - onların hər biri ilə tanışlığımla fəxr edir, özümü çox şanslı hesab edirəm.

- Arif, çəkilişlər zamanı ən çətin səhnə hansı idi bəs?

- Ən çətin səhnə, yəqin ki, üçümüzün vurulduğumuz səhnə idi. O səhnəni, sadəcə, iki dublla çəkmək imkanımız var idi və əsas məsələ səhnənin inandırıcı görünməsi idi - yıxılma və reaksiyalar daxil olmaqla. Mənim üçün çətin oldu, amma düşünürəm ki, öhdəsindən uğurla gəldik.

- Necə düşünürsünüz, "Mətin"in izləyicilərə çatdırmaq istədiyi əsas mesajı nə idi?

- "Mətin" gənc bir istintaqçıdır. Düşünürəm ki, çatdırmaq istədiyi əsas mesaj o idi ki, cəsarət və qətiyyət nə yaşla, nə də təcrübə ilə ölçülür. "Mətin" yaşlı və təcrübəli fiqurların üstünlük təşkil etdiyi bir dünyaya gənclərin yeni baxış bucaqları, mənəvi aydınlıq və sarsılmaz ədalət hissi gətirə biləcəyini təmsil edir. Düşünürəm ki, o həm də sual verməyin, sistem nə qədər qorxuducu olsa da, həqiqət uğrunda ayağa qalxmaqdan çəkinməməyin vacibliyini vurğulayır.

- Bundan əvvəl hansısa filmə dəvət almışdınızmı?

- Xeyr. "Əqrəb mövsümü" həm dəvət aldığım, həm də çəkildiyim ilk filmim oldu. Amma ümid edirəm ki, sonuncusu olmayacaq. Əslində, kamera arxasında işləməyi çox sevirdim, amma bu layihə mənim kamera qarşısında olmağa olan sevgimi yenidən alovlandırdı və istərdim ki, bu yolda davam edim.

- Arif, gələcəkdə aktyor kimi fəaliyyət göstərmək potensialınızı necə dəyərləndirirsiniz?

- Uşaqlıqdan bu sahədə işləməyi çox istəmişəm. Anam musiqiçidir və o, oğullarından birinin incəsənəti sevməsini çox istəyirdi. Bu sevgini mən tapdım. İçimdə bu istək uzun illərdir yetişib və onu asanlıqla buraxmaq istəmirəm. Hələ öyrənəcəyim çox şey var, amma qarşıma çıxacaq hər bir layihə üçün artıq hazıram deyə düşünürəm.

Əzizə İsmayılova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 May 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see226

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see218

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see172

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see144

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see140

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see135

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see133

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see132

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see132

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see125

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see124

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see124

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see122

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see122

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see121

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see120

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see120

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri