Ər 22 yaşlı arvadını döydü Vəziyyəti ağırdır
Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Astara rayonunda gənc qadın həyat yoldaşı tərəfindən döyülüb.
"Ölkə.az" Teleqraf-a istinadən xəbər verir ki, 2003-cü il təvəllüdlü Nərmin Ceyhun qızı Cəfərli müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb.
Vəziyyəti ağır olduğu üçün dərhal reanimasiya şöbəsinə yerləşdirilib.
Yaxınlarının bildirdiyinə görə, Nərmin həyat yoldaşı Mirəhməd Seyidəzim oğlu Ağayev tərəfindən döyülüb və vəziyyəti kritikdir.
Cütlük 2020-ci ildə ailə qurub. Ailə həyatları boyunca bir neçə dəfə münaqişələrin yaşandığı və qadının dəfələrlə zorakılığa məruz qaldığı deyilir. Sonuncu hadisə isə ötən gün baş verib.
Hazırda Nərmin Cəfərlinin müalicəsi reanimasiya şöbəsində davam edir, vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.
Baxış sayı:69
Bu xəbər 15 İyun 2025 14:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















