Icma.az
close
up
RU
Ər arvadın zarafatlaşması qadağan olundu Boşanmalar artacaq?

Ər arvadın zarafatlaşması qadağan olundu Boşanmalar artacaq?

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Ali Məhkəmənin Plenumu şəxsiyyət hüquqlarının müdafiəsi ilə bağlı mühüm qərar qəbul edib. 24 dekabr 2025-ci il tarixli bu sənəddə ailə münasibətlərində tərəflərin bir-birinə qarşı davranış sərhədləri dəqiq cızılıb. Qərara əsasən ər və arvadın nikaha daxil olmaq, boşanmaq, soyad və peşə seçmək kimi hüquqları ilə yanaşı, mənəvi toxunulmazlığı da dövlət mühafizəsinə götürülüb. Artıq məişət zorakılığı dedikdə yalnız fiziki güc nəzərdə tutulmur. Psixi təzyiq, ailə sirrinin yayılması və hətta həyat yoldaşının xarici görünüşünü lağa qoymaq belə hüquq pozuntusu sayılır. 
Bir çox hallarda tərəflər kəskin tənqidləri "zarafat edirdim" bəhanəsi ilə ört-basdır etməyə çalışırlar. Lakin hüquq və psixologiya elmi bu məsələdə həmfikirdir. Əgər deyilən söz qarşı tərəfdə sevinc deyil, utanc və ya narahatlıq yaradırsa, burada sağlam zarafatdan söhbət gedə bilməz. Bəs ailədə məsum görünən zarafatla alçaldıcı təhqiri bir-birindən necə fərqləndirmək olar?
Məsələ ilə bağlı psixoloq Fidan Canbabazadə Demokrat.az-a bildirib ki, bütün münasibətlər ilkin mərhələdə özünü göstərir. Onun sözlərinə görə, sağlam əlaqələr insanı mənəvi cəhətdən ucaltmalıdır.
"İlk mərhələdəki münasibət, evlilik və ya dostluq əlaqəsi bizi yuxarı qaldıran olmalıdır. Bizi aşağı salmamalı və həqiqətən yaxşılığa doğru aparmalıdır. Bəzən qayğını, sevgini həddindən artıq qısqanclıq və nəzarətçiliklə qarışdırırıq. Bəzən isə yaxşı münasibəti və diqqəti sevgi kimi deyil, fərqli şəkildə qəbul edirik. Hətta bəzən zarafatı belə mənfi qısqanclıq kimi qarşılayırıq. Bunların hamısı münasibətin əvvəlində düzgün şəkildə müəyyənləşdirilməlidir. Əl bir dəfə qalxır, tərif bir dəfə edilir və insan üçün bu nə tənqid, nə də həqiqi təqdir olur. Bəzən insanlar zarafatla irad bildirirlər. Zarafat bizi güldürən və əyləndirən bir şey olmalıdır. Amma bizə yönələn, fiziki və psixoloji təsir edən zarafat artıq zarafat deyil. Bu, bizim bədənimizə, görünüşümüzə və dünyagörüşümüzə uyğun olmayan davranışdır".
Ekspert qeyd edir ki, insanlar münasibətin hələ sevgililik və ya nişanlılıq dövründə onları narahat edən məqamları açıq müzakirə etməlidirlər. Çünki susmaq problemi həll etmir, əksinə, gələcəkdə daha böyük psixoloji travmalara yol açır. Ünsiyyətdə səmimiyyət və sərhədlərin qorunması ailənin təməlini möhkəmləndirən əsas amildir.
"Ünsiyyət açıq olmalı və tərəflər zarafata münasibət məsələsini əvvəlcədən aydınlaşdırmalıdırlar. Əgər bir zarafatı eşidəndə bizdə gülüş hissi yaranmırsa və beynimizdə suallar qalırsa, deməli bu artıq zarafat deyil, alçaltmadır. İnsanlar partnyor seçərkən buna diqqət etməlidirlər. Çünki insan öz istəyi ilə dəyişməlidir. Qarşı tərəfin təzyiqi ilə edilən dəyişiklik isə qalıcı olmur".
Ali Məhkəmənin bu qərarı cəmiyyətdə ailə daxili etik davranış normalarına yeni baxış bucağı gətirir. Beləliklə, şəxsin özünü ifadə etmək azadlığı və fərdi xüsusiyyətləri qanunla daha ciddi şəkildə qorunacaq. Bu isə gələcəkdə ailə münaqişələrinin azalmasına və fərdlərin bir-birinə daha hörmətlə yanaşmasına şərait yarada bilər.
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 Fevral 2026 21:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri