Icma.az
close
up
RU
Eramızdan min il əvvəl gəmi ilə Özbəkistandan qalay daşıyıblar

Eramızdan min il əvvəl gəmi ilə Özbəkistandan qalay daşıyıblar

Icma.az bildirir, Azpost saytına əsaslanaraq.

Arxeoloqlar 40 ildən sonra eramızdan əvvəl 15-ci əsrdə Anadolu sahillərində batmış Finikiya ticarət gəmisindən tapılmış qalayın mənşəyini tapa biliblər.

AzPost bildirir ki, bu barədə Vaşinqton Universitetinin yaydığı məlumatda bildirilir.

“Uluburun gəmisi” adı ilə tanınan ticarət gəmisi 1982-ci ildə tapılıb. Bu ticarət gəmisinin tapılması ilə dəniz ticarəti tarxini öyrənən mütəxəssilər üçün əsl irəliləyiş sayılır. 15 metr uzunluğunda olan gəmi 20 ton yuk daşıma gücü olub.

Vaşinqton Universitetinin alimi Maykl Fraçetti və həmkarları gəminin daşıdığı qalayın haradan gətirildiyini  aydınlaşdırmağa çalışıblar. Bunun üçün onlar qalayın izotop tərkibini analiz ediblər. Hər metalın yatağı müxtəlif izotoplardan ibarət olur, bunun sayəsində filizin harda çıxarılmasını öyrənmək mümkündür.

“Son onilliklərdə alimlər bütün dünya üzrə qalay yataqlarının izotop tərkibi barədə məlumatları yığıblar.  Məlum olub ki, qalayın üçdə ikisi müasir Türkiyə ərazisində olan Kestel şaxtasından, üçdə biri isə Özbəkistanın Muşiston mədənindən çıxarılıb.  Bu isə  eramızdan əvvəl 15-ci əsrdə min kilometrləri əhatə edən ticarət şəbəkəsinin mövcudluğundan xəbər verir”-deyə açıqlamada vurğulanır.

Qalay axtarışı tarixəqədərki dövlətlər üçün böyük problem sayılırdı. Mütəxəssisləri həmişə düşündürürdü ki, qalayın nadir tapıldığı vaxtda tunc dövrünün böyük imperiyaları özlərinin bürüncə olan nəhəng ehtiyaclarını necə ödəyirmişlər. İndi onların cavabı var. Xammalı uzaqlardan gətirirmişlər.

Qalay bürüncün əsas komponentlərindən olub. 1500-cü illərə qədər bürünc misdən çox möhkəm hesab olunurdu. Ondan məişət əşyaları, silah və müdafiə qurğuları düzəldirdilər.

“Uluburun gəmisi” də 11 ton bürünc əritmək üçün kifayət qədər mis daşıyıb.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:221
embedMənbə:https://azpost.info
archiveBu xəbər 28 May 2025 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see319

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see317

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see315

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see310

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see296

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see291

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see289

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see286

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see270

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see266

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see260

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see244

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see242

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see241

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see230

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see222

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see222

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see217

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see211

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri