Əraqçi: İran İsraillə yeni münaqişənin olmasını istisna etmir
Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İran regionda baş verəcək istənilən hadisəyə, o cümlədən İsraillə mümkün silahlı münaqişənin yenidən başlamasına hazırdır.
Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Asharq Al Awsat”a müsahibəsində bildirib.
"İstənilən ssenarinin başvermə ehtimalı var və biz istənilən vəziyyətə hazırıq. 12 günlük müharibə göstərdi ki, hərbi variant rəqiblər üçün uğurlu deyil və İran hücumları dəf edə bildi”, - o vurğulayıb.
Əraqçi qeyd edib ki, son münaqişə zamanı İran İsrailin hədəflərinə zərbələr endirməkdə davam edib və öz mövqelərini uğurla müdafiə edib. Eyni zamanda, o əlavə edib ki, əgər rəqiblər hərbi əməliyyatlar ssenarisini təkrarlamağa cəhd etsələr, onlar eyni səviyyədə, bəlkə də daha güclü cavabla üzləşəcəklər.
Nazir həmçinin İranın qonşu ölkələrlə konstruktiv dialoqa və regionda vəziyyəti sabitləşdirmək üçün əməkdaşlığa hazır olduğunu vurğulayıb.
/Report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 26 Avqust 2025 20:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















