Əraqçi: İran nüvə enerjisi istifadəsindən imtina etməyəcək
Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İran heç vaxt uranın zənginləşdirilməsi də daxil olmaqla, nüvə proqramını dinc məqsədlər üçün inkişaf etdirmək kimi qanuni hüququndan imtina etməyəcək.
Xalqcebhesi.az xəbər verir ki. bunu İslam Respublikası Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi bildirib.
O, rusiyalı həmkarı Sergey Lavrovla danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib ki, "İran İslam Respublikası Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin üzvüdür və yayılmaması rejiminə sadiqdir. Biz öhdəliklərimizə əməl edirik, lakin nüvə enerjisindən dinc məqsədlərlə istifadə və zənginləşdirmə hüququ da daxil olmaqla, bu müqavilə üzrə hüquqlarımızdan imtina etməyəcəyik".
Əraqçinin sözlərinə görə, ABŞ və İsrailin iyun ayında İranın nüvə obyektlərinə hücumları binalara və avadanlıqlara zərər versə də, texnologiyanı məhv edə bilməyib.
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 17 Dekabr 2025 17:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















