Icma.az
close
up
RU
Masazırda “Məzun evi”ndə böhran: 370 ailə isti susuz qalıb

Masazırda “Məzun evi”ndə böhran: 370 ailə isti susuz qalıb

Icma.az bildirir, Milli.az portalına istinadən.

Masazır qəsəbəsində dövlətin valideyn himayəsindən məhrum olmuş gənclər üçün inşa etdiyi "Məzun evi" layihəsinin sakinləri ciddi problemlə üz-üzə qalıblar.

Milli.Az xəbər verir ki, binanın qazanxanası işləmir, nəticədə sakinlər isti sudan istifadə edə bilmirlər.

Sakinlərin sözlərinə görə, gündəlik gigiyena və normal yaşayış şəraiti üçün vacib olan isti suyun olmaması ailələr üçün ciddi çətinlik yaradır.

Qeyd edilir ki, üç binadan ibarət kompleksdə 370-ə yaxın ailə yaşayır. Ailələrin əksəriyyətində isə azı iki, bəzi hallarda isə üç-dörd uşaq var. İsti suyun uzun müddət verilməməsi xüsusilə uşaqların sağlamlığı üçün risk yaradır.

"İsti su yoxdur, normal təmizlik imkanımız qalmayıb. Uşaqlarımız xəstələnir. Dəfələrlə müraciət etmişik, amma konkret nəticə yoxdur", - deyə sakinlər qeyd ediblər.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə əlaqə saxladıq.

Milli.Az-ın sorğusuna cavab olaraq bildirildi ki. Sosial Xidmətlər Agentliyinin "Məzun evi" sosial xidmət müəssisəsi çoxmənzilli 3 yaşayış binasından ibarətdir.

Qeyd olunub ki, burada uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 365 məzunu mənzillə təmin olunub. Müəssisədə onlara həm də sosial-psixoloji, sosial-hüquqi və digər xidmətlər göstərilir.

"Bildiririk ki, ərazidə mütəmadi olaraq monitorinqlər aparılır və bütün çatışmazlıqlar aradan qaldırılır. Sakinlərin istiliklə bağlı yaranan narahatlığının aradan qaldırılması istiqamətində də müvafiq işlər artıq yekunlaşmaq üzrədir", - deyə qurumdan məlumat veriib.

Mina Mikayılova
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 18 Dekabr 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri