Əraqçi: Raket proqramımız müzakirə olunmayacaq
Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İranın raket proqramı nə indi, nə də gələcəkdə müzakirə olunmayacaq, çünki bu, müdafiə məsələsidir.
"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir k, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Qətərin "Al Jazeera" telekanalına müsahibəsində bildirib.
Omanda ABŞ tərəfi ilə danışıqlara toxunan XİN başçısı qeyd edib ki, bu danışıqlar "yaxşı başlanğıc nöqtəsi oldu, lakin etimadın möhkəmləndirilməsi üçün hələ uzun yol qət edilməlidir".
Onun sözlərinə görə, danışıqlar dolayı xarakter daşıyıb və yalnız nüvə problemi ilə bağlı olub. Uranın zənginləşdirilməsinin qadağan edilməsi məsələsi müzakirə mövzusu deyil.
"Uranın zənginləşdirilməsi İranın haqqıdır və bu proses davam etdirilməlidir", - A.Əraqçi qeyd edib.
O, ABŞ ilə nüvə dosyesi üzrə mümkün razılaşma çərçivəsində yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının İrandan üçüncü ölkələrə çıxarılması mümkünlüyünü istisna edib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 07 Fevral 2026 14:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















