Icma.az
close
up
RU
“Əraqçi üçün Bakı səfərinin ən böyük qəniməti Prezidentin İrana səfər edəcəyini açıqlaması oldu” ŞƏRH

“Əraqçi üçün Bakı səfərinin ən böyük qəniməti Prezidentin İrana səfər edəcəyini açıqlaması oldu” ŞƏRH

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

“İranın vurulacağı planı ABŞ və İsrail gündəmində aktual qalmağa davam etdiyi bir gündə Tehranın XİN Abbas Əraqçinin Bakıya səfəri baş tutdu.

Nazir bildirdi ki, münasibətləri yeniləmək istəyirik, 3+3 formatında işləməyə açığıq və ya da bölgənin taleyini bölgə ölkələri həll etməlidir.

 Tərcüməsi uzundur, amma qısaca belə deyək:

İran Azərbacanın maraqlarına hörmət etməlidir. Dostluq axtarışında olanlar buna görə hərəkət etməlidir. Hər cür təxribata dövlət səviyyəsində cavab veriləcək”.

Gununsesi.info bildirir ki, bu fikirləri siyasi şərhçi Əziz Əlibəyli bildirib:

“Səfər İranın şovinist qruplarında o qədər hiddət doğurub ki, Şimali Azərbaycanın “cəzalandırılması”na tək Şərqi Azərbaycan Ostanının bəs ediyini belə yazıblar.

Ancaq bizim İrana dair rəsmi mövqeyimizi Prezident də, nazir də açıqladı ki, əməkdaşlıqdan tərəfik. Bu günə qədər münasibətləri pozan tərəf sırf İran olub.

 İndi qayıdaq bölgədəki regional təhdidlərə:

Türkiyə, İran və Azərbaycan – bir formada eyni maraq daşıyıcılarıdır. Lakin Orta Şərqdə baş verənlər İran və Türkiyəni mütləq təhdid edir.

 Türkiyəyə dair PYD VƏ YPG-ni də içərisinə alaraq bölgədə tək gücə çevrilmə imkanı verilir – PKK açılımı, Baxçalınının addımları, Kürd məsələsində baş verənlər bunun tərkib hissəsidir.

Bölgədə İranın silinməsinə qərar verilib. Türkiyə kürd məsələsini yoluna qoya bilsə, qərbin əsas müttəfiqi kimi daha da güclü duruma gələ bilər”.

Politoloq fikirlərinə belə davam edib:

“İran silinir, kürdlərin digər bölgələrdəki varlığı İsrail bağlantılı qalır. Bunlarla eyni anda Ukraynada Rusiyanın maraqları təmin edilir, o isə Çinlə münasibətlərdən kənarda qalır.

Üçüncü proyeksiyada isə Yaxın Şərqdəki planın bir hissəsi köçürülür Orta Asiyaya. Bax, bu regional təhdiddə bizi də təhlükələr gözləməkdədir. İran da məhz bu amili hesablayaraq Azərbaycanı batan gəmiyə dəvət edir.

Əraqçinin Bakı səfəri İsrail hücumları öncəsi Bakıdan təminat almaq səfəridir deyən iranlı analitiklər də çoxdur ki, Azərbaycanı ilk hücumda hədəfə qoymağa can atırlar. Əraqçi üçün Bakı səfərinin ən böyük qəniməti isə Prezident Əliyevin bu yaxınlarda İrana səfər edəcəyini açıqlaması oldu.

 Bakı – Tehranın indiki dövrdə ən böyük qarantına çevrilir.

Doğrudan da “Bakı Cümhuriyyəti” bir anda bütün İrana ümid çırağı ola bilərmiş”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 8-də İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycanla İran arasında əlaqələrin böyük tarixinin olduğunu deyən Prezident İlham Əliyev qeyd edib ki, xalqlarımızın əsrlər boyu bir yerdə yaşaması münasibətlərimizə xüsusi önəm verir.

Prezident İlham Əliyev ikitərəfli gündəliyimizin geniş olduğunu və bir çox sahələri əhatə etdiyini deyərək, bütün məsələlər üzrə konkret yol xəritələrinin olduğunu bildirib..

Şəbnəm

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 09 Dekabr 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri