Əraqçı Yaxın Şərqdə sabitliyin bərpası yollarından danışdı
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
"ABŞ-nin İslamabad memorandumu çərçivəsində öz öhdəliklərinin icrasına yenidən başlaması Yaxın Şərq regionunda vəziyyətin sabitləşməsinə təkan verə bilər".
Moderator.az TASS-a istinadən xəbər verir ki, bu fikirləri İranın xarici işlər naziri Abbas Əraqçı yaponiyalı həmkarı Tosimitsu Motegi ilə telefon danışığı zamanı səsləndirib.
"Çıxış yolu sadədir: ABŞ tərəfinin öz öhdəliklərinə qayıtması və İslamabad qarşılıqlı anlaşma memorandumuna atdığı imzanın arxasında durması vəziyyətin normal məcraya dönməsi üçün zəmin yaradacaq", - deyə nazir bildirib.
Bununla yanaşı, Əraqçı yaponiyalı həmkarına Hörmüz boğazı ilə bağlı Oman və İran arasında aparılan danışıqların son mərhələləri barədə məlumat verib. O, həmçinin gəmilərin boğazdan keçməsi üçün müvəqqəti marşrutun müəyyən edilməsi istiqamətindəki məsləhətləşmələrdə mühüm nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 08 Sentyabr 2026 17:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















