Ərdəbil Azərbaycandan gələn turistləri qəbul etməyə hazırlaşır
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Səreyn Şəhər Şurasının sədri Cəfər Bəzri bildirib ki, Ərdəbil əyalətinin, xüsusilə Səreyn şəhərinin turizm potensialından səmərəli istifadə etmək üçün xarici turistlərin, xüsusən də Azərbaycandan gələnlərin bölgəyə cəlb edilməsi vacibdir.
"Azad İran" "Telegram" kanalı xəbər verir ki, Cəfər Bəzri bu barədə İran KİV-ə müsahibəsində deyib.
Onun sözlərinə görə, İran prezidentinin səfərindən sonra Biləsuvar sərhəd-keçid məntəqəsindən Azərbaycanla quru sərhədin açılması üçün şərait yaradılacağına ümid edilir.
C.Bəzri vurğulayıb ki, pandemiyaya qədər əyalətə iki milyonadək turist, o cümlədən Azərbaycan vətəndaşları səfər edib.
O, əlavə edib ki, son aylarda müharibə şəraiti və bəzi digər hadisələr turistlərin sayında azalmaya səbəb olub. Lakin məhərrəm ayının başa çatması ilə turizm və istirahət mərkəzlərində canlanma gözlənilir.
C.Bəzri bildirib ki, turizm sənayesinə dəstək üçün xüsusi paket hazırlanır, infrastrukturun inkişafı - dörd və beşulduzlu mehmanxanaların tikintisi və investorların cəlb edilməsi - əsas prioritetlərdəndir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 14 Avqust 2025 16:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















