Icma.az
close
up
RU
Ərdoğan da pul qoyuluşu qalmaqalına biganə qalmadı milyonlarla lirə qazananlar bu işin içinə necə girir?

Ərdoğan da pul qoyuluşu qalmaqalına biganə qalmadı milyonlarla lirə qazananlar bu işin içinə necə girir?

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyə futbolunda oyunlara pul qoyuluşu qalmaqalının növbəti pərdəsində ortaya şok faktların çıxması, ''Fənərbaxça''nın kapitanı Mərt Hakan Yandaş, ''Qalatasaray''lı Metehan Baltacın, ''Adana Dəmirspor''un sabiq prezidenti Murat Sancak kimi önəmli isimlərin həbs edilməsi gündəm mövzusu olmaqda davam edir.

Bu arada Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan da bu qalmaqala biganə qalmayıb. O, Türkmənistan ziyarətindən qayıdarkən təyyarədə jurnalistlərlə gündəmdə duran məsələlər haqda danışıb.
Jurnalistlərdən biri məhz bu mövzunu ortaya ataraq Ərdoğanın fikrini öyrənməyə çalışıb. Ölkə prezidenti bunları deyib:

''Dəyərli dostlar, məlum olduğu kimi futbol milyonlarla insan üçün bir əyləncə vasitəsidi. Futbolu konkret bir ölkə və ya bir bölgə təqib etmir. Bütün dünyada insanlar stadionları dolduraraq və ya ekran başında oyunları izləyərək bununla da yorğunluğu çıxarmağa çalışırlar. Biz də gənclik illərimizdən bu vəzifəyə gələnə qədər daim futbolu yaxından izləmişik. İndi də tez-tez ekran başından oyunları izləyirəm. Bu yaşanan son hadisələr bizi çox ciddi mənada üzüb. İdarəçi, yönətici və futbolçuların bu məsələdə adının hallanması, üstəlik bütün bunların bizim ölkəmizdə yaşanması bir prezident olaraq məni həqiqətən üzüb. Hətta deyərdim ki, heyrət içindəyəm! Milyonlarla lirə transfer pulu alan insanlar necə olur ki, bu kiçik məbləğlərə görə bu işin içinə bulaşır? Buna necə razı olurlar? Yönəticilərə baxırsan, adamın inanmağı gəlmir. Onlar necə olub ki, bu işə giriblər? Bunu açıq şəkildə dilə gətirməliyəm ki, futbolun ruhu ədalətdi. Biz bu ədaləti təmin edə bilməsək, oyunların nəticələri bizi qane etməyəcək. Niyə? Çünki ədalətdən tamamilə uzaq bir nəticə ortaya çıxacaq. Biz futbolun təmiz üzünün, ruhunun tərəfdarıyıq. Məhkəmələr bu məsələdə doğru və ədalətli qərarlar versələr, inanıram ki, ölkədə futbol təmizlənəcək. Hardan gəlirsə gəlsin, fərq etməz. İstər A klubu olsun, istərsə də B, burda ədalət hər şeydən öndə gəlməlidi. Məncə, hazırda məhkəmə işinin öhdəsindən əla gəlir. Biz tribunaların səsi, gənclərin arzuları və bu millətin təmiz futbol görmək istəməsi naminə sona qədər bu məsələdə mübarizəmizi davam etdirəcəyik''.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 14 Dekabr 2025 23:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see514

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see236

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see227

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see213

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see211

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see204

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see198

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see188

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see187

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see183

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see182

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see162

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see160

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see157

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see150

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see147

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see142

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see137

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri