Ərdoğan: İsrail regional və qlobal təhlükəsizliyi təhdid edir
Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman arasında telefon danışığı olub.
"Ölkə.az" xəbər verir ki, telefon danışığı zamanı İsrail və İran arasındakı gərginlik, regional və qlobal məsələlər müzakirə edilib.
Ərdoğan İsrailin bölgənin sabitliyi və təhlükəsizliyini təhdid etdiyini, gərginliyin azaldılması üçün onun zərbələrinin dayandırılmasının vacibliyini bildirib.
Türkiyə lideri beynəlxalq ictimaiyyətin Fələstindəki işğala göz yummasının İsraili aqressiv nöqtəyə gətirdiyini vurğulayıb, ABŞ və İran arasında nüvə danışıqları yolu ilə kompromisə doğru axtarışların davam etdiyi bir vaxtda İsrailin İrana hücumunun sülh səylərini sarsıtmaq məqsədi daşıdığını qeyd edib.
Ərdoğan həmçinin bölgənin yeni böhrana dözə bilməyəcəyini, dağıdıcı müharibənin qanunsuz miqrasiya dalğası yarada biləcəyini qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 14 İyun 2025 20:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















