Icma.az
close
up
RU
Ərdoğan İstanbulda Putin və Trampla mümkün görüşü müzakirə edəcək

Ərdoğan İstanbulda Putin və Trampla mümkün görüşü müzakirə edəcək

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı və amerikalı həmkarları Vladimir Putin və Donald Trampla İstanbulda Ukrayna üzrə liderlərin görüşünün mümkünlüyü barədə telefonla danışmağı planlaşdırdığını açıqlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyə Prezidenti İstanbulda Rusiya və Ukrayna arasında iyulun 23-də keçirilən birbaşa danışıqların üçüncü raundunun nəticələrini şərh edərkən jurnalistlərə açıqlamasında deyib.

"Biz bu həftə Putin və Trampla liderlərin görüşünün İstanbulda keçirilməsi imkanlarını müzakirə etmək üçün danışıqlar apara bilərik. Biz bunun üçün çalışacağıq", - deyə qeyd edib.

Ərdoğanın sözlərinə görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan onun tapşırığına əsasən Çırağan sarayında keçirilən danışıqlarda iştirak edib.

"Çırağandakı görüşü mənim adımdan xarici işlər nazirim apardı", - deyən Türkiyə prezidenti Ukrayna nümayəndə heyətini danışıqlar üçün İstanbula uçmazdan əvvəl özü Ankarada qəbul etdiyini bildirib.

İyulun 23-də İstanbulda Ukrayna nizamlanması üzrə birbaşa Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu keçirilib. Görüşdən əvvəl tam tərkibdə nümayəndə heyətlərinin rəhbərləri Vladimir Medinski və Rustem Umerov təkbətək söhbət ediblər.

Danışıqlar tam tərkiblə 40 dəqiqəyə yaxın davam edib və bu müddət ərzində tərəflər memorandum layihələrində nəzərdə tutulan mövqeləri müzakirə ediblər.

Görüşün yekununda tərəflər təkcə hərbi personalın deyil, mülki şəxslərin də mübadiləsi barədə razılığa gəliblər. Rusiya Ukraynaya siyasi, hərbi və humanitar məsələləri həll etmək üçün üç onlayn işçi qrupu yaratmağı təklif edib. Bundan əlavə, Moskva Kiyevə Ukrayna Silahlı Qüvvələrinin daha 3000 hərbçisinin cəsədini təhvil verməyi, həmçinin yaralıların və ölənlərin cəsədlərinin toplanması üçün cəbhə xəttində qısa humanitar fasilələrə qayıtmağı təklif edib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 25 İyul 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see452

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see280

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see278

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see265

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see257

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see251

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see250

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see235

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see233

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see221

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see220

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see220

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see218

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see218

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see217

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see211

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see207

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see201

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri