Ərdoğan məktəbə hücumla bağlı ilk açıqlamasını verdi
Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan 14 yaşlı İsa Aras Mersinli tərəfindən Kahramanmaraşın Onikişubat rayonundakı orta məktəbə edilən silahlı hücumla bağlı açıqlama verib.
Turkustan.az xəbər verir ki, hadisə nəticəsində 9 nəfər ölüb, 13 nəfər yaralanıb. Başsağlığı verən Ərdoğan hadisənin üzə çıxarılacağını vurğulayıb.
Ərdoğan bildirib: "Kahramanmaraşda baş verən və bütün Türkiyəni dərin kədərə qərq edən silahlı hücumdan zərər çəkən bütün vətəndaşlarımıza, bütün ailələrimizə və xüsusilə də sevimli uşaqlarımıza başsağlığı verirəm".
Bu faciəli hücumda təəssüf ki, parlaq gənclərimizi və fədakar bir müəllimimizi itirdik. Uca Tanrıdan itirənlərimizə rəhmət diləyirəm; kədərli ailələrinə və bütün təhsil ictimaiyyətinə başsağlığı verirəm. Dövlət prokurorlarımız, mülki administrasiya və təhsil müfəttişlərimiz dərhal başlanan araşdırmaları diqqətlə aparırlar. Hadisə, şübhəsiz ki, bütün aspektləri ilə üzə çıxacaq.
Aytən Yaşar/ Turkustan.az
Baxış sayı:182
Bu xəbər 15 Aprel 2026 22:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















