Ərdoğan məktəblərdəki hadisələrə görə onu işdən çıxardı
Icma.az, Axar.az saytına istinadən bildirir.
Türkiyədə təhsil nazirinin müavini Nazif Yılmaz vəzifəsindən azad edilib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı qərar "Rəsmi qazet"də yayımlanıb.
Prezidentin digər qərarı ilə Cihad Demirli N. Yılmazın yerinə təyinat alıb.
Sözügedən qərarın Türkiyənin Şanlıurfa və Qəhrəmanmaraş vilayətlərində məktəblərə silahlı hücum təşkil olunması fonunda qəbul edilməsi diqqət çəkib.
Xatırladaq ki, aprelin 14-də Şanlıurfada məktəbə təşkil edilən silahlı hücum nəticəsində 16 nəfər xəsarət alıb. İkinci hadisə isə aprelin 15-də Qəhrəmanmaraşda baş verib. Məktəbə silahla gələn İ. A. Mersinlinin ətrafa atəş açması nəticəsində biri müəllim olmaqla, 9 nəfər həlak olub, 13 nəfər yaralanıb. Cinayətkar daha sonra özünü öldürüb. Daha sonra xəstəxanada daha bir şagird də həyatını itirib.
Baxış sayı:157
Bu xəbər 25 Aprel 2026 09:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















