Icma.az
close
up
RU
Ərdoğan Paşinyan görüşü hansı mesajları verdi? Türkiyəli ekspertdən ŞƏRH

Ərdoğan Paşinyan görüşü hansı mesajları verdi? Türkiyəli ekspertdən ŞƏRH

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyanın Nyu-Yorkda keçirdiyi görüş yalnız Türkiyə-Ermənistan münasibətləri baxımından deyil, Cənubi Qafqazda formalaşmaqda olan yeni regional düzən baxımından da diqqətlə qiymətləndirilməlidir. İki ölkə baxımından yanaşdıqda görüşün ən mühüm tərəfi normallaşmanın artıq yalnız diplomatik təmaslar səviyyəsində deyil, ticarət, nəqliyyat, iqtisadi əlaqələr və regional bağlantılar üzərindən konkretləşdirilməyə çalışılmasıdır. Tərəflərin işgüzar dairələr arasında əlaqələrin inkişaf etdirilməsini və tarixi Ani körpüsünün yenidən bərpasını gündəmə gətirmələri də normallaşmanın simvolik sahələrdən iqtisadi və fiziki bağlantılara keçirilməsinin istənildiyini göstərir".

Bunu Redaktor.az-a beynəlxalq siyasət üzrə ekspert İsmail Cingöz bildirdi. 

O qeyd etdi ki, Türkiyə-Ermənistan yaxınlaşmasını Azərbaycanla əlaqəsiz proses kimi qiymətləndirmək doğru olmaz:

"Ərdoğanın görüşdə Azərbaycanla Ermənistan arasında sülh prosesində atılan qarşılıqlı addımlardan məmnunluğunu xüsusilə vurğulaması Ankaranın İrəvanla münasibətlərini daha geniş Cənubi Qafqaz sülh prosesi ilə birlikdə nəzərdən keçirdiyini göstərir. Azərbaycan baxımından mühüm məqamlardan biri də görüşdə TRIPP layihəsi ilə regional nəqliyyat xətlərinin açılmasının gündəmə gətirilməsidir. Azərbaycanın rəsmi yanaşmasında əsas ərazi ilə Naxçıvan arasında maneəsiz bağlantının təmin edilməsi əsas prioritetlərdən biri olaraq qalır. Vaşinqton prosesi çərçivəsində inkişaf etdirilən TRIPP də bu bağlantının və daha geniş regional nəqliyyat şəbəkəsinin elementlərindən biri kimi nəzərdən keçirilir. Beləliklə, Ərdoğan-Paşinyan görüşünün strateji əhəmiyyəti yalnız Ankara ilə İrəvan arasında münasibətlərin yaxşılaşdırılması deyil. Daha geniş perspektivdə Türkiyə-Azərbaycan-Ermənistan xəttinin münaqişə geosiyasətindən nəqliyyat, ticarət və iqtisadi qarşılıqlı asılılıq geosiyasətinə doğru dəyişmə ehtimalı ortaya çıxır. Bu proses irəlilədiyi təqdirdə Cənubi Qafqaz Türkiyə, Azərbaycan, Türküstan/Orta Asiya və Avropa arasındakı şərq-qərb bağlantılarının daha güclü şəkildə kəsişdiyi coğrafiyaya çevrilə bilər. Bu səbəbdən Ərdoğan-Paşinyan görüşünü ikitərəfli normallaşmadan kənarda, Cənubi Qafqazda regional əməkdaşlıq arxitekturasının formalaşdırılmasına yönəlmiş diplomatik prosesin bir hissəsi kimi qiymətləndirmək mümkündür".

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 Sentyabr 2026 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see462

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see300

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see299

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see293

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see271

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see239

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see236

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see223

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see223

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see216

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see215

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see213

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see211

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see206

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see203

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see202

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see195

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see190

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see185

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri