Icma.az
close
up
RU
İlham Əliyev Ərdoğan Paşinyan görüşü? MÜMKÜNDÜR

İlham Əliyev Ərdoğan Paşinyan görüşü? MÜMKÜNDÜR

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İyunun 20-də Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyəyə səfər edib. Səfər çərçivəsində o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüş zamanı iki ölkə arasında təmaslar, Cənubi Qafqazda sülh və dialoq prosesi, regionla bağlı cari proseslər müzakirə olunub.

Prezident Ərdoğan Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında əldə olunan razılaşmanın hazırkı konyukturada əhəmiyyətinə diqqət çəkib və Türkiyənin bölgədə sülh naminə həyata keçirilən səylərə hər cür dəstək verməyə davam edəcəyini bildirib.

Qeyd edək ki, Paşinyandan bir gün əvvəl Prezident İlham Əliyev Türkiyədə səfərdə olub. Kahramanmaraşda Azərbaycan məhəlləsinin açılışında iştirak edən dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla da təkbətək görüş keçirib.

Mətbuatda və ekspert dairələrində üç ölkənin liderinin görüşə biləcəyi barədə müzairələr aparılır.

Modern.az-a açıqlamasında sabiq diplomat Nəsib Nəsibli bildirib ki, Paşinyanın Türkiyəyə səfəri sıradan hadisə kimi dəyərləndirilməməlidir.

"İki dövlət arasında münasibətlərin istiləşməsinə təsir edə biləcək səfər olub. Ondan əvvəl də bilirik ki, Prezident İlham Əliyev Türkiyəyə səfər etmişdi. Təbii ki, burada Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması, ölkələr arasında müqavilələrin imzalanması məsələsi müzakirə olunur. Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi bu region və dünya üçün çox önəmli məsələdir. Ermənistandakı hakimiyyət ilk dəfə olaraq bizim "Dağlıq Qarabağ" adlı problemimiz yoxdur deyir. Bu, son dərəcə önəmli hadisədir. Onun ən böyük səbəbi də Vətən Müharibəsindəki qələbəmizdir. İndiki Ermənistan hakimiyyəti Azərbaycana qarşı ərazi bütövlüyündən tamamilə imtina edib. Bunu dəyərləndirmək lazımdır. Bunu  dəyərləndirməyin yolu da  məhz barışın əldə edilməsi, sülh müqaviləsinin imzalanmasıdır. İndiki hakimiyyətin 1915-ci il hadisələrinin ermənilərə rusların diqtəsi olduğunu deməsi və ondan tamamilə imtina etməsi yeni və son dərəcə əhəmiyyətli hadisədir. Bu Türkiyə ilə Ermənistanın normal münasibətlər qurmasına çox əlverişli şərait yaradır. Dediyim bu məsələlər fonunda tarixi bir şans yaranır. Bunu dəyərləndirmək və sülhə çevirmək lazımdır”.

N.Nəsibli vurğulayıb ki, bütövlükdə Ermənista ərazisi Zəngəzur dəhlizinə çevrilməlidir:

“Müdafiə etdiyim bir düstur var. Bu da ondan ibarətdir ki, Türkiyə-Azərbaycan ittifaqı daxilində həm coğrafi, həm siyasi, həm də iqtisadi baxımdan Ermənistanı qazanmaq lazımdır. Bütün Ermənistan ərazisi Zəngəzur dəhlizinə çevrilməlidir. Ermənistan ərazisinə keçib Türkiyəyə yol açmaq lazımdır. Əvvəllər də belə yollar vardı, ən azından Gümrü Dəmir yolu vardı.Onun bərpası məncə, elə də böyük sərmayə tələb etmir.Mediada jurnalistlərin gəldiyi ilkin qənaətə görə səfər uğurla keçib. İki ölkə arasındakı münasibətlərin normallaşmasına yardım edə biləcək səfər oldu. Bunu da alqışlamaq lazımdır. Buna sevindim”.

Sabiq diplomat söyləyib ki, bundan sonrakı mərhələdə üç liderin birgə görüşü gözləniləndir:

“Ümid edirəm ki, gələcək görüş üç lider arasında olsun və sülh sazişi də həmin görüşdə imzalansın. Görüşün harada keçiriıməsi elə də önəmli deyil. Bu görüş Tbilisidə də, Azərbaycan-Ermənistan sərhədində də, Naxçıvanda da, Ankarada da ola bilər. Önəmli olan ölkələr arasında barışın olması, Ermənistadakı revanşist qüvvələrin xilafına Azərbaycan və Türkiyənin Ermənistanla iqtisadi, siyasi, mədəni əlaqələrin qurulmasıdır. Üç liderin görüşməsi artıq texniki məsələdir. Üç ölkə arasındakı, ayrı-ayrılıqdamı sənədlər imzalansın məsələsi texnikidir. Önəmli olan sülhün yaranmasıdır. Bundan sonra konstitusiyaya dəyişiklik edilməsi, yaxud işğalda olan kəndlərimizin qaytarılması, Zəngəzur dəhlizinin açılması məsələsi iş gedişində, məncə, həll oluna bilər. Əlbəttə, üç liderin görüşü gözləniləndir. Hətta mən bunu arzu edirəm. Çünki sülhün yaranması buradakı rus nüfuzunun əriməsi və Rusiyanın bölgədən getməsi deməkdir. Bu da tarixi bir qələbə ola bilər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 İyun 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see623

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see270

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see258

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see247

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see232

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see229

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see219

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see217

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see210

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see204

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see196

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see192

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see192

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see185

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see185

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see181

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see179

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see177

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see173

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri