Icma.az
close
up
RU
Ərdoğan: Qəzzadakı hərbi missiyada iştirak edə bilərik

Ərdoğan: Qəzzadakı hərbi missiyada iştirak edə bilərik

Icma.az, Operativ MM portalına istinadən məlumat verir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzada yaradılması planlaşdırılan əməliyyat qrupuna Türkiyənin hərbi kontingent göndərə biləcəyini istisna etməyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Türkiye" qəzeti məlumat yayıb.

Məlumata görə, dövlət başçısı bu fikirləri hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Mərkəzi İcraiyyə Komitəsinin iclasında səsləndirib.

“Makron məndən bu əməliyyat qrupu üçün əsgərlər təmin edib-etməyəcəyimizi soruşdu. Mən cavab verdim: Niyə də olmasın? Qəzzada qurulacaq bu hərbi mexanizmə biz də daxil ola bilərik, amma əsas odur ki, biz orada hansı şəraitdə olacağıq”, - Ərdoğan bildirib.

Prezident əlavə edib ki, Türkiyə müstəqil Fələstin dövləti qurulana qədər fəaliyyətini davam etdirəcək və Qəzzadakı hərbi mexanizmdə iştirak etməsi böyük ehtimalla mümkündür.

Onun sözlərinə görə, bölgədə hələ çox iş görülməlidir, xüsusən də regionun yenidən qurulması və etimad mühitinin yaradılması istiqamətində.

Türkiyənin xarici işlər naziri Hakan Fidan da məsələ ilə bağlı açıqlamasında bildirib ki, razılaşmalara baxmayaraq, İsrail Qəzza sülhündən sonra da regionda gərginlik yarada biləcək ölkə olaraq qalır.

“İsrail diqqətini yenidən Livan, Suriya və İrana yönəldə bilər. Qəzzada sülh planının birinci mərhələsi əsir mübadiləsindən sonra başlayıb. Qoşunların çıxarılmasının üçüncü mərhələsi bölgədə beynəlxalq işçi qüvvəsi yerləşdirildikdən sonra baş tutacaq. Əgər ədalətli sistemdən danışırıqsa, Türkiyə də bu qrupun bir hissəsi olmalıdır”, - Fidan qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 16 Oktyabr 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri