Icma.az
close
up
RU
Ərdoğan Tramp və Putin arasında reallaşacaq görüşə vasitəçilik edə bilər

Ərdoğan Tramp və Putin arasında reallaşacaq görüşə vasitəçilik edə bilər

Teleqraf.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Donald Trampla Vladimir Putin arasında keçirilməsi nəzərdə tutulan görüşə vasitəçilik edə bilər.
Bu sözləri Teleqraf.com-un Türkiyə bürosuna açıqlamasında Milliyətçi Hərəkat Partiyasının üzvü, millət vəkili Mevlüt Karakaya deyib.

O, ABŞ Prezidenti Donald Tramp dönəminin başlaması ilə danışıqların da intensivləşəcəyini ehtimal edir.

“Xarici siyasətdə proqnozlaşdırma çox vacibdir. C.Baydenin zamanında bu mövzu müzakirə edilmirdi. Başqa bir nəzəriyyə üzərindən mülahizələr irəli sürülürdü. Ancaq indi insanlar Suriyadakı proseslərdən də qüvvət alaraq, ehtimalları yüksək görürlər. İranın Suriyadan çıxması münaqişə sahəsini azaltmış oldu. Sahə daraldıqca, siyasi nəzəriyyədə razılıq dərəcəsi artır. Biz ümid edirik ki, Rusiya danışıqlar prosesinə yaxındır. Gələn bəyanatlardan bunu sezmək mümkündür. Avropa da müharibədən bezib. Fransa və Almaniya əvvəldən müharibənin başlamasına istəksiz idi. Bütün bunları analiz etdikdə, sülh danışıqlarına ümidlər artır”, -deyə millət vəkili söyləyib.

Hazırda cərəyan edən proseslərə toxunan M. Karakaya, ehtimal edilən Üçüncü Dünya müharibəsinin dəhşətli ola biləcəyini qeyd edib.

Millət vəkili hesab edir ki, vasitəçiliklə danışıqların bərpası münaqişələrin həlli üçün vacibdir: “Ən böyük xarici kəşfiyyat təşkilatları Üçüncü Dünya müharibəsinin siqnallarını verir. Əgər bu ehtimal gərçəkləşərsə, heç nə əvvəlki kimi olmayacaq. Dünyada çox böyük silah yığınaqları var. Bu səbəbdən də dünya yox ola bilər. Təsəvvür edin, bu cür təhlükədəyik. Belə olan halda, vasitəçilik, uzlaşdırma cəhdləri çox vacib məsələyə çevrilir. Türkiyə Rusiya- Ukrayna danışıqları üçün çox əmək sərf etdi. Ancaq sülh mümkün olmadı. Qərb və Amerika sülhü istəmədiyi üçün danışıqlar müsbət nəticələnmədi. Ancaq Suriyadakı danışıqların gedişatı nisbətən ürəkaçandır. Belə davam etsə, münaqişə sona çata bilər. Lakin bu səssizlik böyük münaqişədən əvvəlki səssizlik kimi də qiymətləndirilə bilər".

M.Karakaya əlavə edib ki, belə təhlükəli vəziyyətlərdə vasitəçi ölkələrə dəyər vermək lazımdır: "Türkiyə Prezidenti R.T.Ərdoğan yüksək vasitəçilik qabiliyyətinə sahib bir liderdir. Yaxın Şərq, Afrika, Şərqi Avropada Türkiyənin xarici siyasəti sülh və sabitliyin əsasında qurulub.

Qeyd edək ki, Amerikada keçirilmiş prezident seçkilərindən sonra Rusiya-Amerika prezidentlərinin Türkiyə vasitəsilə bir araya gəlməsi ehtimalı yerli KİV tərəfindən tez-tez gündəmə gətirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:263
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 23 Yanvar 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see359

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see320

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see320

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see304

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see290

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see287

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see270

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see261

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see253

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see250

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see240

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see230

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see223

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see214

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see200

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see194

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see194

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see193

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri