Ərdoğan Türkiyənin Ukraynanın təhlükəsizliyinin təminatçıları arasında olacağını təsdiqləyib Zelenski
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Ukraynanın təhlükəsizliyinin təminatçıları arasında olacağını təsdiqləyib.
Redaktor.az UNN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski brifinq zamanı bildirib.
"Prezident Ərdoğanla yaxşı münasibətlərimiz var. Biz onu Qara dənizdə təhlükəsizliklə bağlı gələcək təhlükəsizlik zəmanətlərində mühüm oyunçulardan biri kimi görürük. Bunun üçün Türkiyənin bütün imkanları var", - Zelenski deyib.
O hesab edir ki, Türkiyə gələcəkdə təhlükəsizlik təminatlarında çox mühüm rol oynaya bilər.
"Bu barədə Ərdoğanla danışdım. O, mənə Türkiyənin Ukraynanın təhlükəsizliyinin təminatçıları arasında olacağını təsdiqlədi" - Ukrayna lideri deyib.
Zelenski əlavə edib ki, Ukrayna tərəfi Türkiyədən təhlükəsizlik zəmanəti almağa çalışacaq.
Turan İSMAYIL
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 04 Aprel 2025 23:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















