Ərdoğana görə Özələ sərt reaksiya verdi
Axar.az saytına istinadən Icma.az xəbər verir.
Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz CHP sədri Özgür Özəlin prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ rəhbərliyinin Qəzza xalqını deportasiya planına səssiz qalması ilə bağlı sözlərinə sərt reaksiya verib.
Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, C.Yılmaz bir daha Ərdoğanın həyatı boyu Fələstin davasına güclü dəstəyinin millətə və bütün dünyaya bəlli olduğunu xatırladıb.
“Bunun ən böyük şahidi elə fələstinli qardaşlarımızdır. Bu açıq həqiqətə baxmayaraq, Fələstin məsələsi ilə bağlı qeyri-səmimi siyasi polemika aparanları əziz millətimizin ixtiyarına buraxırıq. Biz Türkiyə Cümhuriyyəti olaraq Qəzzada daimi atəşkəs, humanitar yardımların çatdırılması və 1967-ci il sərhədləri ilə müstəqil Fələstin dövlətinin qurulmasını hər şərtdə müdafiə edirik və müdafiə etməyə davam edəcəyik.”, - C.Yılmaz əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 08 Fevral 2025 19:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















