Icma.az
close
up
RU
Ərdoğandan İran müharibəsi ilə bağlı ŞOK ÇIXIŞ

Ərdoğandan İran müharibəsi ilə bağlı ŞOK ÇIXIŞ

Icma.az, Dogru.az saytına istinadən bildirir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və İsrailin İrana hücumları ilə başlayan savaşdan danışıb.

Musavat.com xəbər verir ki, Ərdoğan bu barədə Dünya İqtisadi Forumunun Türkiyə Ölkə Strategiyası Toplantısında çıxışında söz açıb.

O bildirib:

“Artıq bir aydır regionumuzu dərindən sarsıdan bu mənasız, qanunsuz və lazımsız müharibənin bədəlini təkcə münaqişə tərəfləri deyil, bütün bəşəriyyət ödəyir”.

Ərdoğan vurğulayıb ki, son illərdə qlobal iqtisadiyyat pandemiyadan sonrakı bərpa prosesi, yaşıl və rəqəmsal transformasiya, artan ticarət gərginlikləri və geosiyasi hadisələrin təsiri altında formalaşır. Onun sözlərinə görə, müharibənin təsirləri enerji bazarlarından tutmuş istehsal, informasiya texnologiyaları, nəqliyyat və ticarət şəbəkələrinə qədər geniş sahələrdə bütün dünyada hiss olunur:

“Diplomatiya və dialoq yolu ilə ortaq məxrəcə gəlmək imkanı olduğu halda bu yolların sabotaj edilməsi nəticəsində yaranan yükü biz bəşəriyyət olaraq birlikdə daşıyırıq”.

Prezident qeyd edib ki, əgər münaqişələr dayandırılmasa, ödəniləcək bədəl daha da artacaq:

“Coğrafi məsafə bu prosesdə əhəmiyyətini itirəcək. Hətta müxtəlif qitələrdə yerləşən ölkələr xüsusilə enerji sahəsində daha ciddi təsirlərlə üzləşəcək”.

Ərdoğan bildirib ki, qlobal risk təhlilləri beynəlxalq sistemin daha kövrək bir mərhələyə daxil olduğunu göstərir:

“Bu yeni dövrdə dünya iqtisadi nizamı bir çox istiqamətdən təhdid altındadır. Enerji təhlükəsizliyi, təchizat zəncirlərinin zəifləməsi, beynəlxalq ticarət rejiminin aşınması və proteksionist siyasətlərin artması qlobal iqtisadi sabitliyi daha da zəiflədir”.

DOĞRU.AZ 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://dogru.az
archiveBu xəbər 28 Mart 2026 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri