Icma.az
close
up
RU
Ərdoğanın İsrailə xəbərdarlığı fayda verəcək? AÇIQLAMA

Ərdoğanın İsrailə xəbərdarlığı fayda verəcək? AÇIQLAMA

Icma.az bildirir, Sfera.az portalına istinadən.

"Suriyada sabitliyi pozmaq istəyən qüvvələr qarşılarında Türkiyəni görəcəklər". 

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonra verdiyi açıqlamada bildirib.

Ərdoğan vurğulayıb ki, Suriyada stabilliyin pozulması Türkiyənin milli təhlükəsizliyi üçün birbaşa təhdiddir və Ankara buna qarşı hər cür tədbir görməkdə qərarlıdır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fikirləri ilə İsrail nə dərəcə razı olacaq?

Sfera.az-a açıqlama verən politoloq Natiq Miri Suriyada sabitliyin Türkiyənin təhlükəsizliyi demək olduğunu bildirib.

 

O qeyd edib ki, bu baxımdan, yenidən Suriyada xaos və terror mühiti yaratmaq istəyənlərin qarşısında ciddi xəbərdarlıq edilib:

“Bu məsələdə geri addım atılmayacaq. Çünki məsələ Türkiyənin milli təhlükəsizliyi ilə bağlıdırsa, Ankara heç kimlə hesablaşmaq məcburiyyətində olmadığını açıq şəkildə ortaya qoyur. Bu baxımdan da Türkiyənin hər hansı bir kompromisə getməsi mümkün deyil. Suriyada təhlükəsizliyi pozan və bölgəni qarışdıran qüvvələr dedikdə təkcə İsrail nəzərdə tutulmur. Hazırda İsrail bölgədə sabitliyi pozan əsas aktorlardan biridir. Bir tərəfdən Suriyadakı bəzi hərbi bazaların bombalanması, digər tərəfdən isə müəyyən etnik qrupları hökumətə qarşı qaldırmaqla yeni vətəndaş müharibəsi yaratmaq niyyətləri bu siyasətin göstəricisidir. Paralel olaraq, Suriyada terror mühiti formalaşdırmaq və xaos yaratmaq istəyən İran kimi oyunçular da mövcuddur. Çünki İran hələ də Suriyadan çəkilmə fikrini qəbul edə bilmir. Bu səbəbdən də itirdiyi təsir imkanlarını bərpa etmək məqsədilə oradakı terrorçu elementlərə və Əsəd rejiminin qalıqlarına hərtərəfli dəstəyini davam etdirir”.

Politoloq bildirib ki, bu səbəbdən verilmiş xəbərdarlıq, Suriyada vəziyyəti qarışdırmaq istəyən bütün güc mərkəzlərinə yönəlib:

“İsrailin prezident Ərdoğanın çıxışı ilə razı olub-olmaması isə onların öz məsələsidir. İsrailin bu prosesə hansı mövqedən yanaşacağı, əslində onun öz təhlükəsizliyinə təsir edəcək. Əgər İsrail Suriyada bombardmanları və hərbi müdaxilələri davam etdirməyi planlaşdırırsa, bu prosesin müəyyən mərhələsində qarşısında Türkiyəni görəcək. Yox əgər birbaşa Ankara ilə qarşıdurma istəmirsə, daha ehtiyatlı davranmalı və Suriyada bütün məsələlər üzrə açıq dialoqa hazır olduğunu bəyan etməlidir. Bu kontekstdə, əlbəttə ki, Golan təpələrindən geri çəkilərək işğal etdiyi bəzi əraziləri də qaytarmalı olacaq”.

N.Miri belə bir vəziyyətdə Türkiyənin hər hansı güzəştə getməsinin mümkün olmadığını vurğulayıb.

Müsahibimizin fikrincə, burada qərarı verəcək tərəf İsraildir:

“Sadəcə olaraq, Türkiyə və İsrailin Suriyada qarşıdurmaya yol verməmək üçün əvvəlcədən xəbərdarlıq mexanizmləri qurması mümkündür. Bakıda İsrailin xüsusi xidmət orqanlarının keçirdiyi görüşdə də əsas müzakirə mövzusu bu məsələ olmuşdu. Çünki buna bənzər təcrübə əvvəllər də olub. Rusiya, İran və digər qüvvələrin Suriyada olduğu dövrdə, Türkiyə hərbi əməliyyat keçirməzdən əvvəl bu cür koordinasiya mexanizmlərindən istifadə edirdi və toqquşmaların qarşısını almağa çalışırdı. Eyni model İsraillə də tətbiq oluna bilər”.

Politoloq hazırda Suriyada müharibədən çox sülhə yönəlik proseslər baş verdiyindən bəhs edib:

“Suriya ayaqda qalmaq və yeni bir dövlət inşa etmək istiqamətində addımlar atır. Bu prosesdə Türkiyə də mühüm rol oynayır. Belə bir şəraitdə bölgəni yenidən qarışdırmaq istəyən qüvvələrə imkan verilməyəcək. Prezident Ərdoğanın açıqlamaları da məhz bu çərçivədə dəyərləndirilməlidir. Əgər bu mesajı alan tərəflər düzgün nəticə çıxarsalar, düşünürəm ki, bölgədə böyük bir fəlakətin qarşısı alınacaq. Yox əgər bu proseslər təxribatçı və təhlükəli davranışlara yönəlsə, qarşıdurma qaçınılmaz olacaq. Bu isə heç bir halda İsrailin xeyrinə olmayacaq. Çünki Türkiyə, asanlıqla qarşı-qarşıya gələ biləcək bir ölkə deyil. Belə bir qarşıdurma, İsrailin öz məhvi demək olar”.

Fidan Hacızadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:202
embedMənbə:https://sfera.az
archiveBu xəbər 16 Aprel 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see440

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see437

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see322

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see290

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see279

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see273

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see269

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see266

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see251

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see235

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see224

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see221

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see221

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see216

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see216

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see211

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see211

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see209

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see192

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri