Ərdoğanın Krım tatarlarının deportasiyasının 81 ci ildönümü ilə bağlı müraciəti
Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Krım tatarlarının deportasiyasının 81-ci ildönümü ilə bağlı müraciət edib. Bu barədə dövlət başçısı sosial şəbəkə hesabında yazıb.
Məlumatı “Anadolu” verib.
“Krım-tatar türk qardaşlarımızın vətənlərindən deportasiya edilməsinin 81-ci ildönümündə onların çəkdikləri əziyyəti kədərlə xatırlayıram. Deportasiya zamanı həlak olan soydaşlarımıza Uca Yaradandan rəhmət diləyirəm. Türkiyə krımlı qardaş və bacılarımızın hüquqlarını qorumağa davam edəcək və hər zaman onların yanında olacaq”, - bəyanatda deyilir.
Krım tatarlarının deportasiyası 1944-cü il mayın 18-20-də SSRİ Xalq Daxili İşlər Komissarlığı tərəfindən Dövlət Müdafiə Komitəsinin sədri İosif Stalinin imzaladığı qərarla həyata keçirilib və 1944-cü il iyunun 4-də başa çatıb.
P.ƏMİRCANOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 19 May 2025 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















