Icma.az
close
up
RU
“Ərə gedəndə oyuncaqlarımı da özümlə aparmışdım” Erkən nikahın qurbanı

“Ərə gedəndə oyuncaqlarımı da özümlə aparmışdım” Erkən nikahın qurbanı

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Erkən nikah problemi dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycan cəmiyyətində də ciddi sosial və psixoloji fəsadlar doğuran bir reallıqdır. Bu problemin əsas mənbələrindən biri isə təəssüf ki, bəzi valideynlərin - xüsusilə də ataların - qızlarını hələ uşaqlıq çağlarında ailə qurmağa məcbur etməsidir.

Bir çox hallarda yeniyetmə qızlar ən böyük zərbəni xaricdən deyil, ailənin içindən alır. Qız uşağının məktəbə gedib gəlmək əvəzinə, gəlinlik libasında evdən çıxmağa məcbur edilməsi, onun hüquqlarının və gələcəyinin zorla əlindən alınmasıdır. Bir çox ata, "qız evdə oturmaz", "namus məsələsidir", "biz böyüklərdən belə görmüşük" kimi arqumentlərlə bu qərarlarını haqlı çıxarmağa çalışırlar. Əslində isə bu düşüncə tərzi nə dini, nə hüquqi, nə də insani baxımdan qəbul edilə bilər.

Budəfəki qəhrəmanımız 89 yaşlı Səkinə Əliyevadır. Səkinə nənə də erkən nikahın qurbanlarından biridir.  pizza sifarişi

Hazırda 5 övlad anası olan ağbirçək həyatın bütün sınaqlarından üzüağ çıxıb. Erməni təcavüzü nəticəsində dogma yurd-yuvasından, isti ocağından uzaq düşən qəhrəmanımız Bakı şəhərində yaşayır. Ötən günləri xatırladıqca, tez-tez kövrəlir, taleyinə, alın yazısına “üsyan edir”. Deyir ki, valideynlər qızlarını arxa-dayaq olsunlar, onları “başlarından eləməsinlər”. Sonrakı peşmançılıq fayda vermir: “Məni ərə verəndə cəmi 14 yaşım vardı. Əl boyda uşaq idim. Bəlkə də sizə gülməli gələcək. Ər evinə köçəndə oyuncaqlarımı da özümlə aparmışdım. O vaxt uşaqların indiki kimi bahalı oyuncaqları olmurdu. Anam parçadan üç-dörd oyuncaq tikmişdi. Həyətdə uşaqlarla başımızı qatırdıq. Bir gün anam dedi ki, o zir-zibili at bir küncə, bu gün - sabah ərə gedəcəksən. Əvvəl qulaqlarıma inanmadım. Çəlimisiz bir qız idim. Mən hara, ərə getmək hara?!” 

Qəhrəmanımız deyir ki, o, atasının təkidi ilə ailə həyatı qurub: “1950-ci il yeni başlamışdı. Qıtlıq illəri idi. Evdə 3 qardaş, 4 bacı idik. Yarıac, yarıtox dolanırdıq. Atam məni ərə verib qayğılarını azaltmaq istəyirdi. O vaxt qız uşaqlarına ailədə artıq yük kimi baxırdılar. Qulağım eşidə-eşidə atam anama deyirdi ki, Səkinəni ərə versək, yükümüz azalar. Anam ona etiraz etmirdi. Onun da ürəyindən idi ki, məni ər evinə tez yola salsın. Fikirləşirdi ki, mən ərə gedəndə evdə çörək yeyən bir nəfər azalacaqdı”. 

14 yaşında ailə həyatı quran Səkinə nənənin başı çox bəlalar çəkib. Dediyinə görə, ən böyük arzusu oxumaq, elm öyrənmək olub: “Atamın üzündən bu arzum gözümdə qaldı. Həyat yoldaşım özümdən 15 yaş böyük idi. Kişi dedi ki, dur mənə yemək bişir. Bu sözləri eşidəndə məni gülmək tutdu. Başıma necə bir fəlakətin gəldiyini həmin gün başıma yumruq dəyəndə anladım”. 

Qəhrəmanımız deyir ki, yazıb-oxumağı bilmədyi üçün sonrakı dövrdə çox əziyyət çəkib. Övladları hərbi xidmətdən məktub göndərəndə, onu qonşulara oxutdurub: “Uşaqlar məktəbə gedəndə savadsız olmağın acısını daha dərindən hiss etdim. Beş uşaq böyütdüm, amma birinə hərf yazmağı öyrədə bilmədim. Bəzən uşaqların dərsləri ağır olurdu. Çətinə düşəndə məndən kömək istəyirdilər. Gözümü döyə-döyə qalırdım. Hətta oğlanlarım əsgərlikdə olanda onlara məktub yaza bilmirdim. Məktub gələndə şirinlik verib qonşulara oxutdururdum. Məhz buna görə atam ölənə kimi onu bağışlamadım…” 

Səkinə ananın müasir valideynlərə sözü var: “Qız uşağı evdə artıq əşya deyil. Ondan canınızı qurtarmağa çalışmayın. Qızlar ata-analara Yaradanın bəxş etdiyi ən böyük mükafatdır. Buna görə Uca Allaha şükür edin. Qızlarınıza yaxşı təhsil verin. Uşaq doğulmamış ona cehiz yığmayın. Onun sağlam böyüməsinin, yaxşı təhsil almasının qeydinə qalın. İndi iyirmi birinci əsrdir. Qızın bəzəyi onun ağlı-kamalı, savadıdır. Savadlı qız sizin başucalığınızdır. Bu gün sizin başınızı uca edəcək, sabah da həyat yoldaşının, övladlarının… Mən namazında-niyazında bir ağbirçəyəm. Əmin olun ki, qızlarınıza etdiyiniz bu yaxşılığınıza görə Allah - Təala sizi mütləq mükafatlandıracaq”. 

A.Zeynalov 

Yazı “Jurnalist Araşdırmaları Mərkəzi” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Erkən nikah əleyhinə ictimai maarifləndirmənin gücləndirilməsi” layihəsi çərçivəsində hazırlanıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 29 İyul 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see253

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see253

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see240

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see210

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see198

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see180

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see180

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see177

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see164

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see163

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see159

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see154

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see152

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see150

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see147

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see146

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see145

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see141

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri