Icma.az
close
up
RU
Ərəb dilinə maraq göstərməyin bir neçə səbəbi var AÇIQLAMA

Ərəb dilinə maraq göstərməyin bir neçə səbəbi var AÇIQLAMA

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Gənclərin dil biliklərini inkişaf etdirməsi mədəniyyətlərarası əlaqələrin gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir

"Müasir Azərbaycan gəncləri xarici dillərə böyük maraq göstərir". Bunu Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Səudiyyə Ərəbistanı Krallığında fəaliyyət göstərən Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının təşəbbüsü ilə Azərbaycanda “Ərəb dili ayı”nın açılış mərasimində çıxışı zamanı deyib. Rektor qeyd edib ki, ingilis, alman dilləri ilə yanaşı, gənclər artıq ərəb dilinə də böyük maraq göstərir: "BDU olaraq ərəb dilinin inkişafına, ərəb ölkələri ilə qarşılıqlı fəaliyyətə xüsusi yanaşırıq. Ərəb dili dünyanın ən zəngin dillərindən biridir. Bu dil həm də sivilizasiyanın daşıyıcılarından biridir. Azərbaycan xalqının ərəb dili ilə əlaqəsi qədim dövrlərə dayanır. İslam dünyası ilə mədəni, dini və elmi münasibətlərimizin əsas sütunlarından biri ərəb dilidir. Əsrlər boyu Azərbaycan alimləri bu dil vasitəsilə böyük İslam mədəniyyətinə qovuşub, zəngin biliklər qazanıb və eyni zamanda, öz elmi irsini ərəb dünyasına təqdim edib. Bu missiyanın ən böyük daşıyıcılarından biri, əlbəttə ki, Bakı Dövlət Universiteti və onun Şərqşünaslıq fakültəsidir".


Gənclərin ərəb dilinə maraq göstərməsini müsbət tendensiya kimi dəyərləndirən millət vəkili Ceyhun Məmmədov Sherg.az-a açıqlamasında “Ərəb dili ayı”nın açılış mərasimində iştirak etdiyini və tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb:


 “Çox maraqlı, həm də əhəmiyyətli bir tədbir idi. Ərəb dili məsələsinə gəldikdə isə deputat qeyd edib ki, gənclərin dil biliklərini inkişaf etdirməsi mədəniyyətlərarası əlaqələrin gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir: “Azərbaycanda ərəb dilinin tədrisinə həmişə xüsusi yer verilib. Keçmiş Sovet dövründə Şərqşünaslıq İnstitutu bir neçə ölkədə güclü olub, onlardan biri də Azərbaycandır. Ölkəmizdə ərəb dilini öyrənmək ənənələri yüksək səviyyədə inkişaf edib və möhkəm bir baza yaradıb.

Fikrimcə, müasir Azərbaycan gənclərinin də ərəb dilinə maraq göstərməsinin bir neçə səbəbi var. Birincisi, bu, dini-mənəvi məsələdir. Bəzi gənclər müsəlman olduqlarına və dini ayinlərə əməl etdiklərinə görə ərəb dilini öyrənməyi özlərinə vacib hesab edirlər. Dini mətnləri orijinal dilində oxumaq və anlamaq istəyi gənclərin dilə olan marağını artırır. İkincisi, bu maraq peşə və karyera perspektivləri ilə də bağlıdır. Gələcəkdə diplomatiya, beynəlxalq təşkilatlar, səfirliklər və ya beynəlxalq biznes sahəsində fəaliyyət göstərmək istəyən gənclər ərəb dilini öyrənməyə üstünlük verirlər. Bu, onların karyera imkanlarını genişləndirir və bölgədə professional fəaliyyət göstərmək üçün mühüm bir üstünlük yaradır. Hesab edirəm ki, hər iki qrupun özünə görə haqlı tərəfləri var. Bizim ərəb dilini dərindən bilən peşəkar tərcüməçilərə, diplomatlara və beynəlxalq əlaqələr sahəsində ixtisaslaşmış mütəxəssislərə böyük ehtiyacımız var. Ərəb dili geniş bir bölgəni əhatə edir və 20-dən artıq ərəb dövlətində işləyəcək kadr potensialını təmin etmək üçün gənclərin bu dili mükəmməl səviyyədə bilməsi vacibdir. Gənclərimizin ərəb dilini öyrənməsi onların həm mənəvi, həm də peşəkar inkişafına töhfə verir və Azərbaycanın regional və beynəlxalq əməkdaşlıq imkanlarını gücləndirir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Avqust 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see374

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see341

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see337

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see333

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see315

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see307

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see296

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see295

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see283

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see265

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see265

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see247

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see238

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see236

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see233

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see221

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see207

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see187

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri