Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Ərəblər İrandakı rejimə niyə nifrət edirlər?

Ərəblər İrandakı rejimə niyə nifrət edirlər?

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Körfəz ölkələri -  Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri ABŞ Prezidenti Donald Trampı İranla müharibəni davam etdirməyə təşviq edirlər.

Onlar ABŞ tərəfinə çatdırıblar ki, İrana bu günə qədər hücumların təşkil olunmasına baxmayaraq, ordakı rejim tam zəifləməyib. 

İrana qarşı BƏƏ daha sərt mövqe sərgiləyir, hətta quru əməliyyatların tərəfdarı kimi çıxış edir. Ər-Riyad isə müharibənin indi dayandırılmasının “yaxşı razılaşma” ilə nəticələnməyəcəyini hesab edir.

Bu ölkələr İranın nüvə və raket proqramlarının neytrallaşdırılmasını və Hörmüz boğazının gələcəkdə bağlanmasının qarşısının alınmasını tələb edirlər. Oman və Qətər isə münaqişənin diplomatik yolla həll olunmasını dəstəkləyirlər. 

Məsələ ilə bağlı Yaxın Şərq üzrə ekspert Rufiz Hafizoğlu “Cebheinfo.az”-a şərhində qeyd edib ki, ərəb ölkələrinin heç də hamısı beynəlxalq və regional məsələlər ilə bağlı yanaşmalarda vahid mövqedən çıxış etmirlər:

“Qeyd edim ki, müharibə başlamamışdan öncə Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Qətər – bu ölkələrin hamısı bəyan edirdilər ki, onlar öz ərazilərindən heç bir halda İrana qarşı hücumlarda istifadə olunmasına imkan verməyəcək. 

Bu ölkələr müharibədən əvvəl ABŞ-nin İrana hücumlarına dolayı yolla razılıq verməmişdilər. Səudiyyə Ərəbistanı ilə İran arasında diplomatik-siyasi yaxınlaşma var idı, BƏƏ İranın ticarət tərəfdaşı idi və Omanın da İranla münasibətləri vardı.

Hazırda Yaxın Şərqdə baş verən proseslərdə Oman neytral mövqe sərgiləyir. O ki qaldı ərəb dövlətlərinin İrana və ya regionda hazırkı proseslərə münasibətinə, qeyd edim ki, ərəb dövlətlərin hamısı heç də vahid mövqedən çıxış etmirlər.

Hər bir ərəb dövlətinin bir çox məsələyə öz milli, məzhəbi və tarixi yanaşması var. Ərəb dövlətləri arasında ciddi rəqabət mövcuddur. Qətər ilə BƏƏ, Səudiyyə Ərəbistanı ilə BƏƏ, Səudiyyə Ərəbistanı ilə Misir, Misir ilə Əlcəzayir arasında bir sıra məsələlərə münasibətdə fikir ayrılıqları var”.

Ekspert Körfəz ölkələri – Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn və BƏƏ-nin İran hakimiyyətinə neqativ münasibətinin səbəblərini bu cür izah edib:

“İranda İslam inqılabının baş verməsindən sonra ərəb ölkələrində vəziyyət dəyişməyə başladı. Hazırkı mərhələdə belə bir sual meydana çıxır ki, son 40-45 il ərzində ərəb ölkələrində İslam inqılabı məfkurəsinin təbliğatını aparan ərəb ölkələrinin özləridir, yoxsa İran hakimiyyəti.

Sözsüz ki, İran hakimiyyəti. Məsələ bu cür yanaşmaq lazımdır. İranın təsirindən ən çox əziyyət çəkən ölkələr ərəb ölkələrdir. İran rəsmiləri açıq şəkildə bəyan edirlər ki, onlar beş ərəb ölkəsində hökmranlıq edirlər. 

Bu ölkələr İraq, Livan, Yəmən və zamanında Suriya idi. Qırx ildən çoxdur ki, İrandakı rejim bu ölkələrdə İslam inqılabını təbliğ edir və məzhəbçilik siyasətini yürüdür. Bildirim ki, ABŞ və İran əbədi düşməndirlər.

İranda ABŞ-ı “böyük şeytan” hesab edirlər. Halbuki İran hakimiyyəti vaxtilə “böyük şeytan” adlandırdığı ABŞ ilə İraqda üstü örtülü şəkildə ittifaq qurmuşdu. 

İraqın ABŞ tərəfindən işğal olunmasında, işğaldan sonrakı dövrdə bu ölkədə sünni elitanın hakimiyyətdən uzaqlaşdırılmasında və ən əsası məzhəb savaşının qızışdırılmasında İrandakı rejimin müstəsna rolu olub.

Rejimin bu addımlarına şahidi olan Körfəz ölkələri də məhz bu səbəblərdən dolayı Tehrana münasibəti xoş deyil, məhz buna görə onlar ABŞ və İsrailin İrana hücumlarının davam etdirilməsində və oradakı rejimin zəifləməsində maraqlıdırlar.

Körfəz ölkələri İrandakı rejimi özlərinə təhlükə və təhdid kimi görürlər. Eyni zamanda sözügedən ölkələr sünni qanad – “Müsəlman Qardaşları”-nı da təhlükə hesab edirlər”. 

O bildirib ki, İranın “Fələstin davası” kimi qayəsi yoxdur:

“İran hakimiyyətinin Fələstin dərdini çəkmək və Fələstin uğrunda mübarizə aparmaq kimi niyyəti yoxdur və Tehranın əsl məqsədi yalnız “Fələstin davası” adı altında ərəb ölkələrində liderliyi ələ almaq, öz təsir imkanlarını genişləndirmək və sünniləri öz ətrafında cəzb etmək olub. 

Bu yaxınlarda İran müharibənin dayanması üçün ABŞ-a 15 bənddən ibarət şərtlərini irəli sürüb. Həmin şərtlərin heç birində HƏMAS-ın (İslami Müqavimət Hərəkatı) adı çəkilmir. Bəs kimin adı çəkilir? Livanda “Hizbullah”, Yəməndə husilər və İraqda milyonlarla insanın qanına əli batmış Həşdi Şabinin (Həşd əş-Şabi) adı çəkilir.

İran hakimiyyəti onun himayəsi altında olan proksi qüvvələrə hücumların dayandırılmasını tələb edir. Livan kimi bir ölkənin suverenliyi əlindən alınıb – bu ölkənin ordusu İrandakı rejimin əlində oyuncağa çevrilib. 

İranın qəhraman və zülmə qarşı mübarizə aparan ölkə kimi təqdim edilməsi yalnız illuziyadır. Ərəb ölkələrinin İrandakı rejimə nifrət etməsinin səbəbləri kifayət qədər çoxdur”. 

Yunis Abdullayev
“Cebheinfo.az”

Açar sözlər: rejim Rufiz Hafizoğlu

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 31 Mart 2026 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see668

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see439

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see401

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see285

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see279

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see275

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see249

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see244

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see231

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see224

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see220

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see219

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see213

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see212

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see209

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see198

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see198

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see195

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see190

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri