Icma.az
close
up
RU
Ərəblərlə türklər arasında nifaq salan kimlərdir?

Ərəblərlə türklər arasında nifaq salan kimlərdir?

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Ərəbin ərəb olmayandan, ərəb olmayanın ərəbdən, ağın qaradan heç bir üstünlüyü yoxdur...” deyən Peyğəmbərin dininə hamımız inanırıq və onun ümmətinə mənsub olmağımızla fəxr edirik

...Atam Qafqazdan Türkiyənin şərqinə köçmüş türk, anam isə həmin bölgələrdə yaşayan kürd tayfasının qızı idi. Deməli, mən türklə kürd qadınının evliliyinin meyvəsiyəm.

Türkiyənin cənubuna getsəniz, ərəb-türk ailələrində doğulan minlərlə insan görərsiniz.

Şimalda türk-gürcü və ya türk-laz evlilikləri var. Qərbdə - bosniyalılar və ya albanlarla nikahlar.

Və bu bölgələrdə insanların simaları o qədər rəngarəngdir ki, onlar bu qarışıqların tarixini əks etdirir.
Eyni hekayələri İraq, İran, Suriya, Livan, İordaniya, Fələstində, Misirdə də eşitmək olar. Bu, qanında, şəcərəsində onlarla etnik qrupların, tayfaların bir-birinə qarışdığı xalqlar diyarıdır. Və hər dəfə alimlər genetik xəritəmizi öyrənəndə onlarla müxtəlif irq və xalqın izlərini aşkar edirlər. Hətta uşaqlarımızın adları da ortaqdır.

Kürdlər, türklər, farslar və ərəblər öz övladlarına bir-birinin adını qoyurlar. Oğlumun adı türk, qızlarımın birinin adı fars, digərinin isə ərəb adı var.

Ümumi mahnılarımız var. Türkiyədə bir çox sənətçi Fairuz, Ümmü Gülsüm və kürd müğənni Şivan Peranın mahnılarını ifa edir.

Düşünmürəm ki, İbrahim Tatlısəsin mahnılarını bilməyən kürd, ərəb yoxdur. Demək istədiyim odur ki, bu coğrafiya bir-birinə ət-sümük kimi qarışmış xalqların görüş yeridir.

Ancaq son 150 ildə hər şey dəyişdi. Uzaq güclər gözünü torpaqlarımıza dikdiyi üçün biz sülhün nə olduğunu unutmuşuq. Tarix dərsliklərini yenidən yazır, bir vaxtlar qohum olduğumuz xalqların ünvanına təhqirlər gətirirdilər. Sonra bunu bizə öyrətdilər və biz özümüz uşaqlara ötürməyə başladıq.

Bu “biliklərin” çoxu bizim ağlımıza imperialist dövlətlərin çirkin oyunları vasitəsilə daxil olub.

Ərəblə türk, türklə kürd arasına nifaq salmağa müvəffəq oldular, biz də bir-birimizə düşmən olduq.

Hər kəs öz mənşəyini tərifləməyə və onun üstünlüyünü təsdiq etməyə başladı.

Nə kədərli və utanc verici bir hekayədir!

Amma daha acınacaqlısı odur ki, “Ərəbin ərəb olmayandan, ərəb olmayanın ərəbdən, ağın qaradan heç bir üstünlüyü yoxdur...” deyən Peyğəmbərin dininə hamımız inanırıq və onun ümmətinə mənsub olmağımızla fəxr edirik.

Əgər biz onun qarşısında əyləşib “irqlərimizin böyük üstünlüyü” haqqında danışmağa başlasaq, bizə nə deyərdi? Biz hamımız mahiyyət etibarı ilə ümmət (bir ümmət) ideyasına inanırıq.

Burada yazdıqlarımla heç kimin mübahisə edəcəyini düşünmürəm. Gəzdiyim ölkələrdə ərəblərin, kürdlərin və farsların bu fikirləri həvəslə dəstəklədiklərini, müsəlmanların qardaşlığı haqqında tez-tez ayə və hədislər gətirdiklərini gördüm.

Bəs bundan sonra nə baş verir?

Bu qardaşlığı kimin məhv etdiyinə görə bir-birimizi qınamağa başlayırıq, sanki heç kim öz günahını görmür. Əgər belədirsə, niyə biz ittifaqlar yarada bilmirik?

Bu gün əksər müsəlmanlar inanırlar ki, ümmətin birliyi, bir yerdə yaşamaq və İslam qardaşlığı sadəcə gözəl bir romantikadır. İnsanlar öz içinə çəkilir, sərhədlərinin ətrafında qalın xətlər çəkir və millətçiliyi tərifləməyə başlayırlar.

Biz o həddə çatmışıq ki, indi hər etnik qrup kimin “ən həqiqi ərəb”, kimin “əsl kürd”, kimin “ən dindar türk” olması haqda mübahisə edir.

Və beləliklə, sonda etnik fanatizm özünü yeməyə başlayır. Türkiyədə bu, son günlər xüsusilə aktiv şəkildə müzakirə olunur, çünki prezident Rəcəb Tayyib Ərdoğan bu yaxınlarda türk, ərəb və kürd ittifaqı haqqında mühüm çıxış edib.

O dedi ki,..ürklər, Kürdlər, Ərəblər birləşəndə atlarının gurultusu altında Çindən Adriatik dənizinə yüngül bir külək əsər, bir yerə yığışanda, birləşəndə, dostlaşanda, bir-birini qucaqlayanda ərəb, kürd, türk olacaq. Ərəblər, kürdlər və türklər birləşdi, çünki bu xalqlar arasındakı bağlar qırıldı, torpaqlarımız bölündü, nifaq hökm sürdüyü üçün aramızda divarlar çəkildi.

Bilmirəm bu gün müsəlman dünyasında xalqların birliyindən bu qədər açıq danışan başqa bir lider varmı - sözləri ritorika kimi səslənsə belə.

Lakin Türkiyədə bəzi dairələr Ərdoğanın sözlərini rədd edib, tənqid ediblər.

Əksəriyyəti isə Qərbin tarixi şərhinin davamçılarından təhsil almış şəxslərdir və təkrarlayırlar: “Ərəblər kürəyimizdən bıçaq vurdular, kürdlər isə bizi parçalamaq istədi”.

Və mən əminəm ki, ərəb lideri türklərlə və kürdlərlə ittifaqa çağırsa, öz xalqı arasında da həmin Qərb mənbələrindən “türklər ərəblərin inkişafını ləngitdilər və onları assimilyasiya etməyə çalışdılar” ifadəsini çıxaracaqlar.

Bizim hazır şablonlarımız, mühakimələrimiz var, tarixi şüurda dərin səhvlər var. Bundan başqa, xalqlar arasında hər hansı birliyi inkar edənlərin şəxsi maraqları, yol xəritələri və eqoist siyasi ambisiyaları var. Əgər “niyə ittifaq yarada bilmirik?” sualına cavab axtarmağa başlasaq, özünütənqid etməklə problemi həll edə bilərdik.

Ancaq tarixin köhnə fəsillərini oxumağa, başqalarının səhvlərini sadalamağa və özümüzü tərifləməyə davam etsək, parçalanmadan başqa heç nə qalmayacaq. Özünütənqid bizi birləşdirə və parçalanmadan çıxara bilər.

Amma indi, gördüyüm kimi, artan millətçilik bizi – Peyğəmbərin (s) ardıcıllarını günlərimizi ağın qaradan üstünlüyünü sübut etmək yarışında keçirməyə vadar edir. Ağıllı insanlar isə... susurlar. Səssizcə baxırlar. Bu zaman meydan ekstremistlərə, irqçilərə və dəlilik həddində balansı saxlayanlara açıqdır. Danışmalıyıq. Biz cəsarətlə doğru olanı müdafiə etməliyik.

Ərəb mütəfəkkirləri ucadan “Ərəb türkdən üstün deyil”, türk mütəfəkkirləri isə “türk kürddən üstün deyil” deməlidir. Yazmalı, ifa etməli, özlərini ifadə etməlidirlər. Yalnız bundan sonra biz öz torpağımızda əsl birliklər görəcəyik...

...Deməli, SİA-nın xarici qaynaqlardan əldə edib nəşrə hazırladığı bu yazıda türk yazıçısı və jurnalisti Kamal Öztürk öz şəxsi fikirlərini səsləndirib.

Yazının Sizlər üçün də maraq kəsb etməyəcəyinə şübhə etmirəm deyə, onu bəzi istisnalarla diqqətinizə çatdırıram...

Əli Babayev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 İyul 2025 00:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see545

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see406

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see298

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see293

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see287

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see279

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see269

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see268

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see256

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see247

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see235

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see228

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see221

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see201

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see192

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see185

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see184

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see183

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see174

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri