Icma.az
close
up
RU
Eren Aydın: “Qarabağ , Sabah KİM GƏLİRSƏ GƏLSİN

Eren Aydın: “Qarabağ , Sabah KİM GƏLİRSƏ GƏLSİN

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Zirə” iki oyunun nəticəsinə görə “Turan Tovuz” (2:0, 0:0) səddini keçməyi bacarıb.

Cavab matçından sonra “qartallar”ın hücumçusu Eren Aydın Apasport.az saytına müsahibə verib.

- Gərgin keçən matçda sevinən tərəf siz oldunuz. Oyunla bağlı düşüncələrin necədir?
- Çox çətin matç olacağını bilirdik. "Turan Tovuz" yaxşı komandadır. Hücum xəttində olan güclərini bilirik. Bu gün layiqli mübarizə apardıq. İlk oyundakı qələbədən sonra ev matçına avantajlı çıxmışdıq. Bunu qorumağı bacardıq. İkinci hissənin son 15 dəqiqəsində əks-hücumları dəyərləndirə bilsək, hesab fərqli olacaqdı. Əsas odur ki, finaldayıq və bunun üçün xoşbəxtik.

- Matçın sonluğunda üstünlük “Turan Tovuz”da idi. Bunu hesabla, yoxsa yorğunluqla əlaqələndirərdin?
- İlk oyunda qazandığımız nəticəni qorumaq istədik. Əsas da qol buraxmamalı idik. Rəqib elə komandadır ki, iki dəqiqədən sonra daha bir qol vura bilərdi. Əlimizdən gələni etdik, konsentrasiyanı itirmədik. 

- “Zirə” son 5 mövsümdə 3-cü dəfədir ki, finala yüksəlir. Necə düşünürsən, bu dəfə alınacaq?
- Bakıya gəlmədən öncə "Zirə"nin oynadığı son finaldan məlumatlı idim. Hazırda özümüzə inanırıq. Futbol komanda oyunudur. Kim günündə olsa, kuboku o qazanacaq. Final matçlarının sığortası yoxdur. Digər mərhələlər kimi deyil, bir oyundan ibarətdir. "Real Madrid" kimi komandanın da finalda uduzduğu olub. 

- Seçim şansın olsa, rəqib kimi “Qarabağ”ı seçərdin, yoxsa “Sabah”ı?
- İki komanda da çox yaxşıdır. Liqada "Sabah" "Qarabağ"dan üstündür. Lakin "Qarabağ" finallarda təcrübəlidir. Yəqin ki, onların hər ikisi bizə qarşı favorit görünür. Kim gəlir gəlsin, əlimizdən gələni edəcəyik.

- Qısa müddətdə komandaya adaptasiya olmağı bacardın. Belə sürətli uyğunlaşmanı nə ilə əlaqələndirərdin?
- Burada gənc və türk olmağımın təsiri böyükdür. Hamı ilə rahat danışa bilirəm. Ünsiyyət problemim yoxdur. Bütün matçlarda meydan çıxmaq istəyirəm. Bu günə qədər hansısa bir problem yaşamamışam. Növbəti həftələrdə də avrokuboklar yolunda komandam üçün bacardığımı edəcəm.

Finalın adı bəlli olur: "Qarabağ" "Sabah"a qarşı - YENİLƏNİR Hakandan dubl, "İnter" finalda: Möcüzəvi geridönüş XXIII turun təyinatları bəlli olub Rəşad Sadıqov: “Turan”ın mənə etdiyi yaxşılıqları unuda bilmirəm“ Yunis Hüseynov: “Əliyar Ağayev haqqımızı yedi”
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://apasport.az
archiveBu xəbər 22 Aprel 2026 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri