Eriksen Bundesliqada klubuna keçməyə yaxındır
Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Kristian Eriksen “Volfsburq”a transfer olmağa yaxındır.
QOL.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq məlumat yayıb.
Azad agent statusunda olan danimarkalı futbolçunun Bundesliqa təmsilçisinə keçidi yaxın günlərdə baş tuta bilər. Tərəflər hazırda son detalları müzakirə edirlər.
Qeyd edək ki, Eriksen 2022-ci ildən “Mançester Yunayted”də çıxış edirdi. O, komandanın heyətində 107 oyuna çıxıb, 8 qol vurub və 19 məhsuldar ötürmə edib. Futbolçu Mançester təmsilçisi İngiltərə kuboku və Liqa kubokunu qazanıb.
Baxış sayı:117
Bu xəbər 10 Sentyabr 2025 20:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















